МӘАД
122
QİYAMƏT SUALLARI
Qurani Məcidin neçə yerində zikr olunub ki,
peyğəmbərlər və ümmətlərdən sual olunar. (7-ci surə, 6-cı
ayə) Peyğəmbərlərdən sual olunar: Sizi xalqın (haqqa
doğru) də”vəti üçün göndərdik, onlara (də”vəti)
çatdırdınızmı? Deyərlər: Pərvərdigara, Özün şahidsən,
biz süstlük etmədik. Nida olar: Şahidiniz kimdir?
Deyərlər: Şahidimiz Xatəmül-ənbiyadır (son peyğəmbər
Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)).
Eləcə də Məryəm oğlu İsadan soruşarlar: Sən dedinmi,
mənə və anama pərəstiş edin? Həzrət İsa, Allahın əzəməti
qarşısında lərzəyə gəlib ərz edər: Pərvərdigara, əgər mən
belə bir söz desəydim, Sən bilərdin. Mən dedim ki,
Allahın bəndəsiyəm, mənim və özünüzün Allahına
pərəstiş edin (“Maidə” surəsinin axırı).
Ümmətlərdən sual olunar: Peyğəmbərləriniz sizə bu
günkü olacaqlardan xəbər vermədimi? Hamı deyər: Bəli.
Dostları ilə paylaş: