Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə78/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   74   75   76   77   78   79   80   81   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

ƏMƏLLƏRİN PUÇA ÇIXMASI 
“Mühəmməd” surəsi, ayə 8: “Kafirlərə gəldikdə isə, 
hamısı məhv olsun-onların əməllərini puça çıxardar. Bu 
ona görədir gi, kafirlər Allahın nazil etdiyini (Quranı) 
bəyənmədilər, Allah da onların əməllərini puç etdi.” 
Sadə desək, ömrünün əvvəlindən axırınadək xeyir işlər 
görmüş insan dünyadan imansız (Allaha inamsız) 
gedərsə, xeyir əməllərinin faydası yoxdur. Əgər bir kəs 
zərrə qədər yaxşı iş görmüşdürsə, xeyrini görəcəkdir. 
Quran ayəsinə istinad etsələr, cavab budur: Kafir halda 
ölən insan öz əliylə öz əməllərini puç etmişdir. Allahı (və 


 
МӘАД 
120 
Onun ayələrini) inkar etməklə əbədi savaba, Behiştə nail 
olmaq 
qeyri-mümkündür. 
Allah 
həmin 
adamın 
yaxşılıqlarının əvəzini elə həmin dünyada asan can 
verməklə, sağlamlıqla və s. ödəyir. 
HATƏMİ TAİ VƏ ƏNUŞİRƏVANLA OD 
ARASINDA PƏRDƏ 
Kafirin yaxşı əməlləri onun Cəhənnəm əzabını 
yüngülləşdirə bilər. Çünki səxavətdə məşhur Hatəmi Tai 
və ədaləti ilə tanınmış Ənuşirəvan Cəhənnəmdədirlərsə 
də, od onları yandırmır. Xeyir əməllər yalnız odla bu 
şəxslər arasında pərdə ola bilmişdir. Bir sözlə, dünyadan 
kafir gedənlərin əməli puçdur. 
İMANSIZ ÖLÜMƏ APARAN GÜNAHLAR 
Müxtəlif Quran ayələrində əməli puç edənlərdən şirk 
(Allaha şərik qoşmaq) və küfr (Allahı inkar etmək) zikr 
edildi. Bəs başqa günahlar necə? Onlar da əməlləri puç 
edirmi? Bəli, bəzi günahlar barədə məxsus rəvayətlər 
vardır. Məsələn, aqvalideynlik (ata-ananın üzünə 
qayıtmaq, itaətsizlik etmək) barədə buyurulub: Nida 
yetişər, ey aqvalideyn, nə etsən də səndən qəbul olunmaz. 
İnsanın ardınca ananın narazılıq ahı onun dağca 
əməllərinə od vurar. Digər günahlardan, böhtan 
imansızlığa 
səbəb 
olar. 
Başqalarının 
əziyyətinə, 
incidilməsinə bais olan həsəd də bu günahlardandır. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin