DƏRHAL VƏ YA MİN İL GÖZLƏMƏ
Qiyamətdə insan bir andaca bütün dünya əməllərini
xatırlayar, görər. Qəribə aləmdir, hər kəsin əməllərinin
hesabı özünə aydındır. Bəzilərinin hesabı bir göz qırpımı
çəkir. Bunlar salehlərdir. Bəzilərinin də hesab verməsi
min il uzanır. Əlbəttə, Allah üçün hesablamaq vaxt
aparmaz. Məqsəd həmin adamların sərgərdançılıq və
əziyyətdə qalmasıdır. Bəziləri üçün bu məəttəlçilik
(gözləmə) bir qoyunun sağılması qədər, bəziləri üçün
zöhrdən əsrədək bir müddət, bəziləri üçün 40 il, min il və
ya 50 min il!
ƏHLİ-BEYT (ƏLEYHUMUSSALAM) DOSTLARINA
MÜJDƏ
(Fatimeyi Zəhra (əleyha salam) və 12 İmam
(əleyhimussalam)
Peyğəmbərin
Əhli-beyti
adlanır).
“Biharül-ənvar”ın 3-cü cildində nəql olunur ki, İmam
Sadiq (əleyhissalam) buyurmuşdur: “Qiyamət günü bizim
şiələrin hesabını Allah-Taala bizə həvalə edir. İnsanın
МӘАД
114
Allaha aid haqqının, vəzifələrinin bizə bağışlanmasını
Allahdan diləyərik. Bu haqq onlara bağışlanar. Özümüzə
olan haqlarını da bağışlayarıq. (Sonra bu şərif ayəni
oxuyur:) “Onlar Bizə tərəf qayıdar, onların hesabı
Bizimlədir. Bu, başqa cür deyil.”
HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ
ALİHİ VƏ SƏLLƏM) ŞİƏLƏRİN XALQA BORCUNU
(MƏZALİMİNİ) ÖDƏYƏR
“Biharül-ənvar”ın “Qiyamət gününün hesabı” fəslində
Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki,
Allahın və İmamın haqqı ödəndikdən sonra şiələrin
öhdəsində olan xalqın haqqını (həqqünnas) Həzrət
Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)
sahiblərinə qaytarar...
ŞÜKÜR İLAHİYYƏ Kİ, HESABÇIMIZ KƏRİM
ŞƏXSLƏRDİR
Şiələr üçün böyük müjdədir ki, Qiyamətdə hər kəsin
hesabı öz İmamına həvalə olunacaqdır. Xoş halına o
şəxsin ki, əməllərinin hesabını kərim olan İmam
Höccətibnil-Həsən (əleyhissalam) aparsın. Əlbəttə, kölgəli
əməllərimizə baxdığı zaman başımızı aşağı salacağıq.
|