Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə50/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   46   47   48   49   50   51   52   53   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
79 
BİRCƏ DİŞ DƏ HİKMƏTSİZ DEYİL 
Kəsici dişlərin işini dəyirman dişləri görə bilmir. 
Bədəndəki 248 sümükdən bircəsi də hikmətsiz deyil. 
Eləcə də, damarlardan əskik olarsa, insan naqisləşər. 
Beləliklə, əgər Allahı həkim və Onun yaratdığı 
dəsgahda ən kiçik əzaları hikmətli bildiksə, fikirləşək, 
aləmin yaranışındakı məqsədi və bütün yaranmışların 
insana faydasını görək. 
ƏGƏR TAM RAHATLIQ OLSAYDI, YENƏ ƏBƏSDİ 
İnsanın yaranışında məqsəd bu dünya həyatı deyil ki, 
öləndən də sonra yox olsun. 
Qeyri-mümkün bir fərz ilə insanın dünya həyatı 
dərdsiz, qəmsiz, tam rahatlıq, eyş-nuş olsaydı (bu halda 
həyatın mənası olacaqdımı?), yenə də insanın yaranışı 
məqsədsiz olardı. Çünki axırı heçlik olan rahatlıq e”tibarlı 
olmazdı. Amma bir halda ki, bəşərin maddi həyatı 
başdan-başa bəla, müsibət və narahatlıqdır, bu genişlikdə 
yaranış dəsgahı əbəs ola bilməz (insan əzab üçün xəlq 
edilməz). 
Bir asudə can gördüm bu cahanda 
O da asudədir xilas olanda. 
Və ya 
 
Qəmsiz yaşadarmı gönülü aləm, 
Yaşadarsa, yaşamaz bəni-adəm. 
 


 
МӘАД 
80 
HƏR LƏZZƏTİN MİN BİR ƏZİYYƏTİ 
Dünya həyatında növbənöv cismani və ruhani əzablar 
varsa, müsibətlər, möhnətlər, xəstəliklər, fitnələr, qəzalar, 
qarətlər, övlad itirilməsi mövcuddursa, insanın ölümlə 
yox olmasını iddia edənlər, əslində Allahın hikmət, kərəm 
və sair kamal sifətlərini inkar edirlər. Necə ola bilər ki, 
kərim və xeyirxah bir şəxs şir, bəbr, pələnk, ilan, əqrəb, arı 
və sair vəhşilər, sancanlar olan bir evə kimisə qonaq 
çağırsın?! Bu qonaq da ağzına hər tikə qoyanda, vəhşilər 
əlini gəmirsin, zəhərlilər dilini sancsın, yanındakı 
qılınclılar saatda bir ona həmlə etsinlər və nahayətdə də 
istəyinə çatanda (tikəni ağzına qoyanda) boynunu 
vursunlar!! Allah insanı bu sayaq dünyadan heçliyə 
qovuşdurmaz. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin