Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ÖLƏNLƏRİN NALƏSİNİ HEYVANLAR EŞİDİRLƏR



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə28/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   24   25   26   27   28   29   30   31   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

ÖLƏNLƏRİN NALƏSİNİ HEYVANLAR EŞİDİRLƏR 
Bərzəx aləminin nemətləri kimi, əzabları, bəlaları da 
davamlıdır. Allaha pənah aparaq. Əgər bərzəx əzabına 


AYӘTULLAH DӘSTĞEYB
45 
düçar olmuş bir şəxsin naləsi qulağımıza çatsa, dünya 
bəlaları nəzərimizdə heç olar. 
Rəsullullah (səlləllahu əleyhi və alihi və səlləm) 
buyurdu: “Beətdən (risalətə çatmazdan) əvvəl qoyun 
otardığım zaman bəzən qoyunların heyrətli bir hala 
gəldiyini müşahidə edirdim. Amma qurd gözə dəymirdi. 
Vəhy nazil olduqdan sonra Cəbraildən bunun səbəbini 
soruşdum. 
Dedi 
ki, 
bərzəx 
aləmində 
(bərzəx 
Cəhənnəmində) ölülərin naləsi ucalanda cin və insandan 
fərqli olaraq, heyvanlar bu sədanı eşidər və narahat 
olarlar.” 
HAŞİMİNİN QATİLİNİN YUXUDA NALƏLƏRİ 
Səduq (r)ın “Səvabul-əal” kitabında nəql olunub ki, 
İmam Hüseyn (əleyhissalam)-ın qardaşlarından birini 
qətlə yetirmiş misilsiz gözəl surətli bir cavanın surəti 
Kərbəla hadisələrindən sonra qır tək qaralmış, zifləmişdi 
(ravidən nəql olub). Onun vəziyyətini qonşularından 
soruşanda, dedilər: Kərbəla səfərindən qayıdandan sonra 
gecələr o qədər nalə çəkir ki, bizi də yuxudan oyadır. 
Yanına gedib, əhvalını özündən soruşdum. Dedi: 
“Öldürdüyüm haşimi cavan hər gecə gəlir, məni atəşə 
tərəf çəkir. O qədər nalə çəkirəm ki, yuxudan oyanıram.” 
Bu nalələr və üzüqaralıq sonrakı əzabın bu dünyada 
görünən mində bir zərrəsidir. 
ƏTTARIN MÖİZƏSİ VƏ VERDİYİ BORCU İSTƏYƏN 
YƏHUDİ 
Bərzəx əzabının bu dünyada zuhuru üçün çox əsaslar 
vardır ki, onları xatırlamaq uzun çəkər. Təkcə “Darüs-


 
МӘАД 
46 
səlam”da zikr edilmiş bir qəziyyəni nəql edirik. Zahid 
alim Seyyid Haşim Bəhrani buyurmuşdur: “Nəcəfdə bir 
əttar (ətir satan tacir) vardı. Hər gün günorta namazından 
sonra dükanında camaata moizə edərdi və məclisi heç 
vaxt boş olmazdı. Bir hind şahzadəsi bu şəxsin yanında 
içində nəfis gövhərlər və qiymətli cəvahirlər olan 
sadıqçanı əmanət qoyur. Geri qayıdıb əmanətini geri 
götürmək istəyəndə, əttar əmanət qoyulduğunu inkar 
edir. Hər yerdən əli üzülən hindu Həzrət Əmirəl-
möminin (əleyhissalam)-ın pak qəbrindən yardım istəyib, 
dedi: “Ya Əli, mən sənin qəbrinin yanında qalmaq üçün 
vətənimi, rahatlığımı tərk edib, olanımı əttara əmanət 
verdim. İndi o inkar edir, mənimsə nə başqa bir şeyim, nə 
də şahidim var. Səndən başqa dadıma yetəcək bir kimsə 
yoxdur.” 
Axşam yuxuda Həzrət Əli (əleyhissalam) buyurdu ki, 
sübh şəhər darvazasında çıx, gördüyün birinci adamdan 
əmanətini istə. Yuxudan oyanan kimi şəhərdən çıxdı. 
Gördüyü ilk adam ailəsinin ehtiyacı üçün dalındakı şələni 
satmaq istəyən qoca bid oldu. Hindu ondan bir şey 
istəməyə utandı və pak məzara qayıtdı. İkinic kecə də 
həmin yuxunu və sübh həmin şəxsi gördü, amma yenə də 
bir söz demədi. Üçüncü dəfə də eyni yuxunu görüb, 
səhəri həmin abidlə rastlaşdı. 
Bu dəfə vəziyyətini ona danışıb, əmanətini istədi. O 
şərif şəxs bir az fikirləşib, sabah günortadan sonra əttarın 
dükanına gəl, əmanətini çatdırım-dedi. 
Səhəri gün camaat əttarın dükanına yığışdığı vaxtda 
abid kişi gəlib, buyurdu: Bu gün moizə etməyi məni 
öhdəmə qoy. 
Əttar qəbul etdi. Abid buyurdu: Ey camaat, mən 
filankəsin oğlu filankəsəm. Xalqın haqqında bərk 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin