Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


BƏRZƏX ALƏMİNDƏ LƏZZƏTİN DAVAMI



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə27/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   23   24   25   26   27   28   29   30   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

BƏRZƏX ALƏMİNDƏ LƏZZƏTİN DAVAMI 
O aləmin xüsusiyyətlərindən biri ləzzətlərin davamlı 
olmasıdır. Bu dünyada isə əbədi şey yoxdur. Gözəllik 
ötəri, ağzına qoyduğun təamın ləzzəti müvəqqətr, izdivac 
da eləcə.! Meyvələrin, xörəklərin də davamı yoxdur, qısa 
müddətdə xarab olub aradan gedir. Ümumiyyətlə, dünya 
davam yeri deyil. Bərzəx aləmi isə maddilikdən, 
tərkibdən uzaq olduğu üçün davamlıdır. Dediklərimin 
sübutu üçün öz zamanının çox böyük alimi, mərcəyi-
təqlidi Əllamə Şeyx Mehdi Nəraqinin “Müstənədüş-şiə” 
kitabından bir qəziyyə də nəql edirəm. Həqiqətləri 
ümumi 
kütlələr 
hekayələr 
əsasında 
daha 
asan 
qavradığından bu gerçək qəziyyələrdən nəql olunur. 
BUĞDA DOLU ƏBA 
“Darüs-səlam” kitabının sonunda Şeyx Məhmud Əraqi 
mərhum Nəraqidən nəql edir ki, o cənab buyurur: 
Nəcəfdə olduğum zaman möhkəm bir qıtlıq baş verdi. 
Bütün uşaqlarım ac olduğu bir halda evdən bayıra 
çıxdım. (uşaqlar aclıqdan nalə çəkirdilər). Əmvatın 
ziyarəti üçün Vadiyüs-səlama getdim. Bir cənazə 


 
МӘАД 
44 
gətirdilər, mənə də “bizimlə gəl” dedilər və əlavə etdilər: 
“Bu cənazəni ruhlara qovuşdurmağa hazırıq.” Onu geniş 
bağa daxil edib, ali bir qəsrdə yerləşdirdilər. Burada 
bütün yaşayış ləvazimatı vardı. Onların ardınca qəsrə 
daxil olanda qızıl taxtda oturmuş bir cavan gördüm. O 
məni görüb adımla çağırdı, salam verdim, yanında yer 
verdi, hörmət göstərdi. Sonra dedi: “Mən gördüyün 
həmin cənazənin sahibiyəm (adını, şəhərin adını dedi). 
Gördüyün cəmiyyət məlaiklər idi ki, məni öz şəhərimdən 
bu bərzəx Behiştinə gətirdilər.” Bu sözləri eşidib, 
sakitləşdim, bağı seyr etdim. Bu bağdan kənarda da 
qəsrlər vardı. O qəsrlərdə atam, anam və bəzi tanışları 
gördüm. Məni də”vət etdilər, tə”amlarından yedim. 
Ləzzətin nəhayət həddində ikən yadıma ailəm düşdü ki, 
indi acdırlar, qəmkin oldum. Atam soruşdu ki, Mehdi, 
sənə nə oldu? Dedim ki, uşaqlarım acdırlar. “Bu buğda 
anbarıdır götür” dedi atam. Əbamı buoda ilə doldurdum. 
Bir də gördüm əbam buğda ilə dolu halda Vadiyüs-
səlamda, əvvəlki yerimdə oturmuşam. Evə gəldim. 
Əyalım “bu buğdanı haradan gətirdin”? deyə sual verdi. 
Demədim. Bir müddət həmin buğdadan istifadə etdik, 
buğda qurtarmırdı. 
Qısası, mərhumun əyalı çox israr edir və o bu məsələni 
açır. Növbəti dəfə qadın buğda üçün gedəndə, buğdadan 
əsər-əlamət qalmadığını görür. Bu qəziyyənin oxşarları 
“Darxs-səlam” kitabında zikr olunub. İstəyənlər müraciət 
edə bilərlər. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin