QƏBİR SIXINTISININ SƏBƏBLƏRİ
Əvvəlki söhbətlərdən qəbir əzabının səbəbləri məlum
oldu-ilahi nemətləri heç etmək, inkar etmək və ailədə
tünd xasiyyətlilik, acı dillilik.
Rəvayətə görə qəbir sıxıntısının digər səbəbləri sidik
murdarlığından qorunmamaq, həmçinin töhmət, böhtan
və qeybətdir. Ruhun sıxıntısından mümkündür ki, bədən
də tə”sirlənsin. Əksinə, gözəl rəftarı, xoş əxlaqı olanlarsa,
genişlikdə, vüs”ətdədirlər. Əlbəttə, burada da mərtəbələr
vardır. Kimisi üçün yeddi zira (barmaqlardan dirsəyə
qədər olan məsafə, ölçü), kimisi üçün yetmiş zira, bir
qisim adam da göz işlədikcə genişlikdədir (yə”ni ruhları
genişlikdədir).
МӘАД
38
İKİNCİ FӘSİL:
BƏRZƏX
Bərzəxin lüğət mənası “pərdə” deməkdir-yə”ni, iki
şeyin arasında dayanıb, onların qovuşmasına mane olan
pərdə. Məsələn, şor və şirin sular hərəkətdə olsalar da
Allah onların arasında maneə qərar vermişdir ki, heç biri
digərini aradan aparmasın. (54-cü surə, 19-cu ayə)
Adi mənada bu maneəyə bərzəx deyilir. Əslində isə
Bərzəx Allah-Taalanın dünya və axirət arasında yaratdığı
aləmdir-dünya və axirət işləri arasındakı bir aləm!
NEMƏT VƏ CƏZALARDA ORTA HƏDD
Bərzəxdə bu dünyanın zəruriyyətlərindən olan başağrı
və dişağrı kimi dərdlər yoxdur. Maddi olmayan
(mücərrəd) bərzəx aləmi axirət kimi də deyil-yə”ni,
burada günahkarlar üçün mütləq zülmət və itaət əhli
üçün mütləq nur yoxdur. İmamdan Bərzəxin vaxtı barədə
sual olunanda buyurub: “Ölüm saatından başlamış
qəbirdən ayağa qaldırılanadək.”
Qurani-Məciddə
buyurulur:
“...Qiyamətədək
Bərzəxdir.” (“Möminun” surəsi)
|