Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə21/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   17   18   19   20   21   22   23   24   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
34 
onların kənarlaşmasını arzulasa da, bu əməllər ondan 
ayrılmaz. Allah sizi Öz qəhrindən qorxudur və O, Öz 
bəndələrinə mehribandır.” (“Ali-imran”, 30) 
Məhz bu səbəbdən də Öz peyğəmbərləri vasitəsi ilə 
bəşəriyyətə saysız xəbərdarlıqlar çatdırmışdır. 
PİS ƏMƏLLƏRİN QORXUNC SURƏTİ QƏBİR 
YOLDAŞIDIR 
Şeyx Bəhaidən nəql olunur ki, buyurdu: “İsfahan 
qəbiristanlığında daim məqbərə üstə ibadətdə məşğul 
olan bir dostum vardı. Ara-bir onu görməyə gedərdim. 
Bir gün ondan soruşdum ki, qəbiristanın təəccüblü 
işlərindən nə görmüsən? Dedi: Dünən qəbiristana bir 
cənazə gətirib, bir küncdə dəfn etdilər və qayıtdılar. 
Qürub zamanı pis bir qoxu qalxdı və məni də narahat 
etdi. Ömür boyu belə qoxuyla rastlaşmamışdım. Qəfildən 
itə oxşar qorxunc bir heykəl gördüm, pis qoxu da ondan 
gəlirdi. Bu surət həmin qəbrə yaxınlaşdı, onun üstündə 
görünməz oldu. Bir az keçməmiş ətrafı xoş ətir bürüdü ki, 
belə qoxu ömür boyu duymamışdım. Bu zaman gözəl, 
dilruba bir surət gəlib həmin qəbrin başında yox oldu. 
(Bunlar mələkut aləminin qəribəliklərindəndir və bu 
surətlərdə zahir olarlar.) Bir az keçəndən sonra həmin 
gözəl surət qəbirdən çıxdı. Amma yaralanmış, qana 
bulaşmışdı. Dedim, ey Rəbbim, bu işlərin hikmətini mənə 
anlat, bu surətlər nədir? Mənə anladıldı ki, gözəl surət 
onun yaxşı əməlləri, qorxunc heykəl isə pis əməlləri idi. 
Pis əməllər çox olduğundan, qəbir yoldaşı da o oldu. 
(Pislik paklanıb, növbə gözəl surətə çatanadək.) 


AYӘTULLAH DӘSTĞEYB
35 
QƏBİR SIXINTISI (TƏZYİQİ) HƏQİQƏTDİR 
Əllamə Məclisi “Həqqül-yəqin”də buyurmuşdur: 
Qəbir sıxıntısı, onun savab və cəzasını bütün 
müsəlmanlar qəbul edir. Mö”təbər hədislərdən aydın olur 
ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi 
deyildir, yə”ni hamıya aid deyildir və günahkarlara 
məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması 
günahla əlaqəlidir.) 
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) 
buyurmuşdur: “Mömin üçün qəbir sıxıntısı ondan zay 
olan şeylərin, ilahi nemətləri zay, puç etməsinin kəffarəsi, 
cəriməsidir.” Mərhum Kuleyni Əbu Bəsirdən olan 
mö”təbər sənəd əsasında rəvayət edir ki, o deyib: 
“Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə 
qəbir sıxıntısından nicat tapacaqmı”? Buyurdu: “Çox az 
adamların azad olacağı şeydən Allaha pənah aparıram!” 
Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər 
(səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə 
durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və 
camaata buyurdu: “Bu məzlum qıza edilənlər yadıma 
düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, 
onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.” 
(Allah onu Həzrət Rəsula bağışladı). 
Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az 
adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, 
uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna 
şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, 
ondan çox az adamın nicat tapacağını bilmək üçün Səd 
ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik: 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin