Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə18/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   14   15   16   17   18   19   20   21   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU 
Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və 
əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, 
Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar 
yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri 
çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.) 
Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın 
vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi 
və səlləm)-in risalətinə, Mə”sumların (əleyhimussalam) 
İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi 
olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan 
mələklərə “sən Allahsan” deyərlər. Gah da cavab verərlər 


 
МӘАД 
30 
ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Quran 
Allah kitabıdır (yə”ni, cavabın öhdəsindən gəlməzlər). 
Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı 
açılar, qəbir göz işlədikcə genişlənər; yə”ni, bu şəxs 
Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq 
içərisindədir. (“Vaqiə”, 87) Ona deyərlər: “Yat, ərus yatışı 
ilə.” (“Vaqiə” 93) 
Əgər 
suallara 
cavab 
verə 
bilməsə 
Bərzəx 
Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir 
külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən 
götürülmüşdür). 
QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR? 
İnsanın mömin və ya kafir, əməlisaleh və ya bədəməl 
olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür? 
Mömin üçün qəbir sorğusu nemətə yetişməyin 
başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi 
görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan 
qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu 
mələklərin adı “Bəşir” və ya “Mübəşşir” (xoş müjdəçi)dir. 
Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün 
ləzzətdir. 
Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-
cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də 
meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil 
yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə 
şəhadət versin. 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin