İLAHİ LÜTF VƏ ƏNAM
Neçə illər bir sultana xidmət etmiş şəxsə xəbər
gətirirlər ki, hansısa bir vaxtda sənə lütf göstərib,
xidmətlərinin əvəzini, ən”am verəcəklər. Sözsüz ki, bu
adam həmin xəbərdən fərəhlənir, lakin daha artıq ən”am
almaq üçün, sultanın xoşladığı əməlləri daha artıq icra
etmək üçün həmin vaxtın gec gəlməsini istəyir–bəli,
mömin kəs ölüm xəbərini belə gözləməlidir! Mömin
savab evinə yetişmək üçün bir əsl olan ölümdən
fərəhlənməli, daha artıq bəndəlik etmək üçün ölümün
yubanmasını istəməlidir. Eyni halda, Allah onun
ölümünü istədiyi zaman, Allahla hüsnü-zənn əsasında,
Onun dostları Həzrət Mühəmməd (səlləllahu əleyhi və
alihi və səlləm) və Onun ailəsi (əleyhimussalam) ilə
görüşdən razı qalmalıdır.
AYӘTULLAH DӘSTĞEYB
27
CANVERMƏ ZAMANI ƏHLİ-BEYT
(ƏLEYHİMÜSSALAM)-IN İŞTİRAKI
Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd
(səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam)
(bəzi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn
(əleyhimussalam), bəzilərində isə 14 mə”sum) möminin
ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə,
onların nur surətləri və misali cisimləri nəzərdə tutulur.
(Bu məsələ sonra aydınlaşacaq.)
Həzrət
İmam
Riza
(əleyhissalam)-ın
yaxın
adamlarından biri can üstəydi. Həzrət onun görüşünə
getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş
halda dedi: “İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi
və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam),
Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam
Kazim (əleyhissalam)-adək mə”sumları görürəm.”
Həmçinin, “sizin də nurlu surətiniz görünür” dedi.
Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt
(əleyhimussalam)-ı görsə, onlara mərifəti, məhəbbəti
qədər bəhrə aparar.
Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki,
Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: “Hər kəs
ölüm zamanı bizi görəcəkdir; istər mömin olsun, istərsə
də kafir.”
Bəli, bu görüş möminlər üçün nemətdir. Onun dilruba
camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu
görüş
kafirlər
və
riyakarlar
üçün
Yaradanın
qəzəbindəndir.
|