Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə15/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   11   12   13   14   15   16   17   18   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
25 
ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ 
YAŞI 
Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun 
sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis 
baxmaq və uzun ömür arzulamaq əqlən və şər”ən 
xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq 
hazırlaşmaq niyyəti ilə ölümün tə”xirini istəmək, əməl 
dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. 
Lakin dostların, yaxın adamların ölməsindən, onların 
ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi 
cəhətdən olarsa, yersiz və səhvdir. Məsələn, insan ağlaya 
ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud 
nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə 
çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları 
ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə 
çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, 
mütləq o biriləri tə”sirlənər. Əgər belə olsa, çox gözəldir, 
hətta müstəhəbdir (yaxşıdır) ki, möminin ayrılığı, uzaqlığı 
üçün ağlayasan. Xüsusilə, o halda ki, bu möminin olması 
ilə axirət səfərinə daha çox tədarük görə bilərdin. 
SƏBİRSİZLİK AXİRƏTDƏN XƏBƏRSİZLİK 
NƏTİCƏSİDİR 
Adamların 
çoxu, 
xüsusilə 
qadınlar, 
dünya 
məhəbbətinə giriftar olduqlarına görə, onların bir yaxın 
adamı öldükdə, çox narahat olur, əldən-ayaqdan gedir, 
səbirsizlikdə həddi aşırlar. Həmişə dünyada qalmaq 
istəyən bu adamların hədsiz səbirsizliyinin səbəbi ölümü 
yoxluq kimi başa düşmələridir. Əgər bilsəydilər ki, ölən 


 
МӘАД 
26 
adam səfərdə idi, öz vətəninə çatdı və onlar da tezliklə 
ölən şəxsə qovuşacaqlar, belə səbirsizlik etməzdilər. 
Həzrət Sadiq (əleyhissalam) oğlu ölmüş bir kişini 
gördü ki, oğlunun ölümündə haray-həşir qoparıb çox 
səbirsizlik edirdi. İmam (əleyhissalam) buyurdu: “Kiçik 
müsibətdə 
haray-həşir 
qoparırsan, 
daha 
böyük 
müsibətdənsə, (axirət müsibətindən) xəbərsizsən?! Əgər 
öz axirət səfərin üçün hazırlıq görsəydin, oğlunun 
ölümünə bu cür səbirsizlik göstərməzdin. Öz axirətinin 
fikrində olmamağın oğlunun ölüm müsibətindən daha 
ağırdır.” 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin