AYӘTULLAH DӘSTĞEYB
23
ÖLÜMÜ SEVMƏK
Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət
mühüm məsələdir. Yə”ni, möminin ölümdən acığı
gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm
arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu
dünyada qaldıqca insan günahlardan tövbə edə bilər,
paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun
ölümünü istədikdə gərək ölümü nemət hesab etsin. Çünki
itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir
işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm
vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az
olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost
tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə
vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc
evinə yetmək, Həzrət Yaradanın nemətlər büsatına daxil
olmaq, həqiqi dostların, yə”ni Həzrət Mühəmməd
(səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi
(əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm
sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə
uzun ömür və əcəlin tə”xirə düşməsini istəmək lazımdır
ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq
görülsün.
Dostları ilə paylaş: