CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ
Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının
çətinliyi, ağırlığı açıqlanmışdır. Bəzi hədislərdə bu halı
diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir
yerdə isə belədir: “Əgər dəyirman daşı Qala qapısı mıxı
ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən
(səkərat) daha asandır. Bir qisim rəvayətlərdə isə ruhun
çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına,
mişarlanmasına bənzədilib. Hətta bəzilərinin can verməsi
son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil.
Bəziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir.
(16-cı surə, 32-ci ayə)
Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli
paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və
qandallardan azad olması. Yə”ni, ölüm təbiət aləmi
zindanından bir növ xilas olmaqdır.
МӘАД
20
ÇƏTİN CAN VERMƏ MÖMİNİN GÜNAHLARININ
ƏVƏZİDİR (KƏFFARƏSİDİR)
Ümumiyyətlə bu iki növ canvermənin heç birinin
küliyyəti yoxdur. “Bütün imanlı adamlar (möminlər) asan
can verir”, deyilməsi doğru deyildir. Çoxlu möminlər var
ki, günahlarının bəzisi çətin can verməklə silinir. Bu hal
Allah-Taalanın möminlərə göstərdiyi lütfün sayəsindədir.
Mö᾿min dünyadan pak getməli olduğuna görə, onu islah
edirlər. Ağır canvermə möminlər üçün islah, kafirlər
üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə)
KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ
YAXŞILIQLARA GÖRƏDİR
Bəzən də belə olur ki, kafir və günahkar şəxs asan can
verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə
qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can
verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn,
kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə,
bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq
axirətdə heç bir tələbi olmasın. Eləcə də mömin şəxs
günahdan pak olmaq üçün çətin can verir. Əslində isə
istər asan, istərsə çətin, kafir üçün canvermə halı
bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mömin üçün
canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna
əsasən kafir və möminə, əməlisaleh və bədəmələ nisbətən
asan, yaxud çətin canvermə külli bir qanun deyildir.
|