AYӘTULLAH DӘSTĞEYB
19
“De, “la ilahə illəllah” (Bir Allahdan savayı heç bir
mə”bud yoxdur). Dedi: “Söyləmirəm.” Qəşş halına
düşdü. Huşu başına gələndə dedi: “Gözlərimin qarşısına
bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə,
de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra
çox israr edib “la ilahə illəlah” söylə, dedi. Cavab verdim
ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu
kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.”
Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı
bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can
verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü
şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi
şeytandır.
Dostları ilə paylaş: