QƏBİR DOSTU ƏMƏLDİR
Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun
əməlləridir. Quranda və hədislərdə bu həqiqət təsdiq
olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq “Xisal”,
“Əmali”, “Məanil-əxbar” kitablarında Qeys ibni Asimdən
belə rəvayət edir: “Qeys ibni Asim Bəni-təmim
qəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və
alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir:
“Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki,
AYӘTULLAH DӘSTĞEYB
33
ondan faydalanaq, axı biz səhralarda köçəri həyat
keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.”
Həzrətin onlara verdiyi nəsihətlərdən:
“Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının
(dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla
birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək;
və əgər lə”nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə
dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu
yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla
üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan
dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.”
Qeys bu moizəni elə oradaca şe”rə çevirdi:
Əməllərdən yardımçı seç özünə
Qəbir evində bir əməldir köməyin.
Şəksiz ki, bir zaman çıxacaq üzə
Onun gözəlliyi olsun istəyin.
Baş qatma hər işə, düşün Allahı,
Razılığı əsasıdır əməyin.
Dünyan, axirətin əmələ bağlı,
Bir xoş əməl qalxanı, min kötəyin.
Bəli, bir qonaqdı dünyada insan,
Haqq ayrılıq fərmanıdır fələyin.
ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR
Ölümdən sonra yalnız əməllərin insana yardımçı
olması haqqında Quran ayələri çoxdur. Onlardan yalnız
birini xatırlamaqla kifayətlənirik:
“Yad et o günü ki, hər kəs yaxşı əməllərini hazır
şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki,
|