İLAHİ RƏHMƏTİN NÜZULU ZAMANI ÖLÜM
Növbəti qəbir əzabından amanda qalacaq dəstə cümə
axşamının
günortasından
cümənin
günortasınadək
dünyadan gedənlərdir. Çünki bu müddət ərzində ilahi
rəhmət nazil olur. Ölənlər həmin rəhmət yağışında Allah
dərgahına qovuşduqlarından, rəhmət ağuşunda olarlar.
AYӘTULLAH DӘSTĞEYB
55
Bu güzəşt əslində ilahi lütfdən olub bəndənin
bağışlanması üçün bəhanədir.
XURMA BUDAĞI VƏ 40 NƏFƏRİN ŞAHİDLİYİ
Və”d edilmişdir ki, qəbrə qoulan çubuq, budaq qəbir
əzabına mane olar. Yaxşı olar ki, budaq xurma ağacından
və tər, yaş olsun. Həzrət Baqir (əleyhissalam)
buyurmuşdur: “Nə qədər ki, budaq yaşdır, nəmdir
meyyitə əzab verilməz və çubuq quruduqdan sonra əzabı
iki çubuqca olmaz, inşallah!” Əzabdan amanda qalmağın
digər səbəbi meyyitin yaxşılığına 40 nəfərin şəhadət
verməsi və onun bağışlanmasını istəmələridir. “Ənvari-
nömaniyyə”də İmam Sadiq (əleyhissalam)-dan nəql
edilmişdir ki, Həzrət buyurdu: “Əgər 40 nəfər şəxs
meyyitin yanında hazır olub “Xudaya, biz onun
yaxşılığından başqa bir şey bilmirik” desələr, Allah-Taala
buyurar: “Onun haqqındakı şəhadətinizi qəbul edib sizin
bilmədiklərinizi bağışladım.”
NƏ ÜÇÜN DAVUD PEYĞƏMBƏR ABİDİN
CƏNAZƏSİNƏ NAMAZ QILMADI?
Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala
Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır.
Ona görə də həmin abid öləndə Davud (əleyhissalam)
onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40
nəfər şəxs ona namaz qılıb dedilər: “İlahi, biz onun
barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu
daha yaxşı tanıyırsan. Bağışla onu!” Qüsl veriləndə də 40
nəfər gəlib həmin cür dedilər. Çünki daxildən
tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə
|