HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI
DƏSMAL
Mühəddis Cəzairi “Ənvari-nö”maniyyə” kitabında
Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi
Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid
qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın
yoldaşlarına qoşulan) Hürrə tə”nə edib, onun haqqında
pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb,
sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail
qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli
qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün
başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı
bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam
Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz
kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb,
yaranı
başqa
dəsmalla
bağladılar,
amma
qan
dayanmadığından həmin dəsmalla bağlamağa məcbur
oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan
МӘАД
52
götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi
tə”yin etdi.
KULEYNİNİN QƏBRİNDƏ SÜDƏMƏR KÖRPƏ
Məşhur “Kafi” kitabının müəllifi Kuleynini qəbri
Bağdadda yerləşir. Zalım hakimlərdən biri Kazimeynə
ziyarətin qarşısını
almaqdan ötrü İmam Kazim
(əleyhissalam) qəbrini uçurmaq fikrinə düşür. Qəlbən şiə
olan vəzir öz əqidəsini açmamaqla, yolüstü Kuleyninin
qəbrini hakimə göstərib, deyir: Gördüyün qəbir İmamın
nümayəndələrindən birinin qəbridir. Deyirlər ki, onun
cəsədi çürüməyib, təzədir. Gəl, bu sözü yoxla. Əgər doğru
çıxsa, İmamımn qəbrinə toxunmağın məsələhət deyil.”
Hakim qəbul etdi. Dərhal Kuleyninin qəbrinin açılması
əmr olundu. Qəbri açıb cəsədin çürümədiyinə əmin
oldular. Ən təəccüblüsü isə cəsədin yanında təravətli
südəmər bir körpə cəsəd də vardı. Bu körpənin kimə
məxsus olduğu mə”lum deyil. Bildiymiz budur ki, həyat
çeşməsinə bağlı olanlar da ondan faydalanarmışlar.
Əlbəttə, bütün xeyirlərin mə”dəni Həzrəti Mühəmməd
(səlləllahu əleyhi və alihi və səlləm)-in ailəsidir. Onların,
İmam övladalarının, həqiqi alimərin qəbirlərindəki
mö”cüzələr həmən həyatın əsərləridir. Bu səbəbdən də
onların cəsədləri çürüməmişdir.
Əksinə, insan əzab, od əhlidirsə, ruhun çəkdiyi əzablar
cəsədə də sirayət edər. Abbasilər Əməvilərə qalib
gəldikdən sonra onların qəbirlərini xaraba qoydular.
Mə”lun Yəzidin qəbri açılanda qəbirdə cəsəd uzunluqda
kül xətdən başqa bir şey tapılmadı.
|