Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə33/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   29   30   31   32   33   34   35   36   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
53 
BƏRZƏX ALOVU QƏBİRDƏN ŞÖ”LƏ SAÇIR 
Mərhum Şeyx Məhmud Əraqi “Darüs-səlam”da 
mö”təbər şəxslərdən nəql edir ki, buyurublar: Tehrandakı 
İmamzadə Həsən qəbirstanlığına getdik. Hələ gün 
batmamışdı. Dostlardan biri bir qəbrin daşı üstə oturdu 
və elə o an da fəryad çəkdi ki, məni qaldırın. Məzarın daşı 
eynən alov kimi idi. Ruhun əzabının şiddətindən hətta 
qəbir daşı da qızmışdı. Mən qəbir sahibini tanıyıram. 
Rüsvay olmasın deyə, adını çəkmirəm. 
Qumda dəfn edilmiş daha bir nəfərdən danışılır ki, 
qəbrindən od şö”ləsi qalxıb, məqbərənin xalçalarını 
yandırmışdı. 
Şeyx Şüştəri öz moizələrində buyurub: Quranda 
buyurulur “narun hamiyə”, yə”ni “isti alov.” Görəsən 
soyuq alov da varmı? Bəli. Əgər müqayisə olunsa, dünya 
alovu bərzəx və Qiyamət alovuna nisbətən çox soyuqdur. 
DÜNYADA ƏN BÖYÜK ALOV ŞİMŞƏKDİR 
Buyurur, ağac alovunu şimşək alovu ilə müqayisə edin. 
Şimşək buludların toqquşmasından yaranan lətif alovdur. 
Toxunduğu cismi yandırıb uzaqlaşır. Yandırdığını heç bir 
şey söndürə bilmir. Ağacı vurduqda tamamilə külə 
döndərir. Dənizə düşdükdə, hətta suyun altındakı 
balıqları da yandırır. Bəli, ağacdan da alğv yaranır. 
Amma bu alovu bir ovuc torpaq və ya su sndürür. 
yandırıcılığı da məhduddur. 
Aydın olur ki, digər bir aləmin alovu bu dünyanın heç 
bir alovu, hətta şimşək alovu ilə də müqayisə edilə 
bilməz. Bərzəxdə ruhi əzabda olan insanın qəbirdəki 
cəsədinin də tə”sirlənməsi mümkündür. Əlbəttə ki, 


 
МӘАД 
54 
həmişə yox. Əksinə, bəzi Allah dostlarının məzarında heç 
bir ətir səpələnmədiyi halda xoş qoxular, müşk, ətir 
qoxusu duyulmaqdadır. 
KİMLƏR ÜÇÜN QORXULU DEYİL? 
Əhli-beyt (əleyhissalam)-dan xoş bir müjdə yetişib ki, 
bir dəstəni Allah-Taala qəbir qorxusu qəbir sıxıntısı rvə 
bərzəx əzablarından amanda saxlayır. Əvvəl o adamları 
ki, təlqin olunmuş olsunlar. Zahirən dəfndən sonrakı 
üçüncü təlqin nəzərdə tutulur. Yəhya ibni Əbdüllah deyir 
ki, İmam Sadiq (əleyhissalam) buyurdu: “Nə edə 
bilrəsiniz ki, sizin meyyitləriniz Nəkir və Münkərdən 
amanda qalsınlar?” Soruşdum ki, nə edək, buyurdu: 
“Meyyit dəfn olunduqdan sonra onun vəlisi qəbrin 
yanında durub ağzını qəbrin baş tərəfinə yaxınlaşdırsın, 
sonra uca səslə təlqin desin. Təlqindən sonra Münkir 
Nəkirə deyər: “Gedək, höccəti, cavabı ona təlqin etdilər.” 
Təlqin 3-dür: Öləndə, dəfn zamanı qəbirdə və dəfndən 
sonra. Kimsə deməsin ki, ölü nə eşidir deyilənləri! 
Əvvəldə qeyd olunmuşdu ki, ruh oradadır və bizdən 
daha yaxşı eşidir. Deməyin ki, ölü ərəb dilini bilmir. Bu 
dünyadan köçən adam üçün bütün dillər eynidir. 
Məhdudluq bu dünyanın xüsusiyyətidir. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin