AYӘTULLAH DӘSTĞEYB
29
QƏBİR SUAL-CAVABI
Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin,
inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və
Nəkrin
sualıdır.
Ümumiyyətlə,
qəbir
sorğusuna
e”tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir?
Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən
ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur?
Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu
əlaqədən də tə”sirlənirmi? Bütün bunları bilmək üçün
yenə də hədislərə müraciət etməkdən başqa bir yol
yoxdur.
Əllamə Məclisi “Biharul-ənvar” kitabının 3-cü cildində
və
“Həqqül-yəqin”də
buyurmuşdur:
“Mö᾿təbər
hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı
əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir
hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk
edib, cavab verməyə qüdrəti olsun.”
Dostları ilə paylaş: