Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə10/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   6   7   8   9   10   11   12   13   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
18 
CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ 
Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu 
çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif 
şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim 
(əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin 
surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin 
çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini 
tə”kid etdi. Əzrail özünü deyilən surətdə İbrahim 
(əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri 
biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və 
burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş 
etdi... Özünə gəldiyi zaman buyurdu: “Əgər kafir şəxsə 
heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.” 
ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN 
İŞTİRAKI 
Can verən insanı son anda da sapdırmaq, azdırmaq 
qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr 
isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə 
adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta 
imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. 
Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. 
İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. 
Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. 
Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, 
munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas 
(şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar. 
Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını və”d 
etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-
ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: 


AYӘTULLAH DӘSTĞEYB
19 
“De, “la ilahə illəllah” (Bir Allahdan savayı heç bir 
mə”bud yoxdur). Dedi: “Söyləmirəm.” Qəşş halına 
düşdü. Huşu başına gələndə dedi: “Gözlərimin qarşısına 
bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, 
de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra 
çox israr edib “la ilahə illəlah” söylə, dedi. Cavab verdim 
ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu 
kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.” 
Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı 
bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can 
verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü 
şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi 
şeytandır. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin