Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə7/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   2   3   4   5   6   7   8   9   10   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

AYӘTULLAH DӘSTĞEYB
13 
YUXUNUN HİKMƏTİ PEYĞƏMBƏRLƏRİ TƏSDİQ 
ETMƏKDİR 
«İmam Kazim (əleyhissalam) buyurur: “Yaranışın 
ilk çağlarında bəşəriyyət üçün röya (yuxu görmə) yox 
idi. Sonradan bu xüsusiyyət Allah Tərəfindən verildi. 
Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz 
dövründəki insanların dəvət və hidayəti üçün 
göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və 
bəndəçilik etməyə əmr etdi. Ona dedilər: “Əgər biz 
Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda 
ki, sənin sərvətin bizdən azdır.” O peyğəmbər 
buyurdu: “Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, 
günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm 
olacaqdır.” Dedilər: “Behişt və Cəhənnəm nədir?” 
Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, 
bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz 
zaman. Amma onlar “bizim ölülər çürüyüb torpaq 
olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç 
biri yoxdur”-deməklə, o peyğəmbəri inkar etdilər. 
Allah bu adamlar üçün əhlam (yuxu görmə) 
müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, 
hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan 
oyandılar, 
sadalananlardan 
bir 
əsər-əlamət 
görmədilər. Həmin peyğəmbərin yanına gəlib, 
yuxularını danışdılar. Peyğəmbər buyurdu: “Allah-
Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. 
Sizin 
ruhlarınız 
belədir. 
Öldüyünüz 
vaxt 
bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət 
gününədək əzabda və ya naz-nemət içindədir.”


 
МӘАД 
14 
QƏBUL ETMƏMƏK AZ TUTUMLUQDANDIR 
Ehtimalların çoxluğu əql üçün zəruridir. (İnsanın 
əqli onun verdiyi ehtimalların çoxluğu ilə tanınar.) 
Yəni, insan əqli nöqteyi-nəzərdən qeyri-mümkün 
olmayan bir mətləb eşitdikdə, ehtimal verməlidir ki, 
ola bilsin ki, doğrudur. Amma xəbər verən şəxs 
məsum (günahsız, pak) olarsa, gərək desin ki, mütləq 
doğrudur. Lakin insan cahil və ağlı az olarsa, 
deyəcək: “Bu nə sözdür?!” Qəbul etməmək tutumun 
kiçik, az olması dəlilidir ki, belə adam fövqəl-təbii 
(təbiətin fövqünü), maddiyyatdan xaricdəki şeyləri 
dərk etməkdə acizdir. øBelə insan iki ayaqlı heyvan 
kimidir və yalnız yemək, içmək, cinsi yaxınlığı dərk 
edir. Əlbəttə, əgər ulağa, öküzə də desələr ki, öləndə 
mələk gəlir, qəbirdə sual-cavab olur, qəbul edə 
bilməzlər. Çünki onların düşüncə hədləri qarın və 
fərcdən uzağı əhatə etmir. Beləcə, ali mətləblərin 
qəbulu böyük sərvət və ruhun ucalığıdır.π 
Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. 
Yalnız ilk mənzildən son mənzilədək olan hadisələrin 
izahını, 
Əhli-beyt 
(mə”sum 
İmamlar 
(əleyhimüssalam)-ın) hədislərində zikr edilənlərlə 
şərh etməklə kifayətlənirik.

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin