Canvermə (ehtizar) halını oxucu üçün elə
canlandırır ki, sanki özü artıq can vermişdir.
Sonra bərzəx aləminə varid olub, ayələr və
hədislər əsasında bərzəx Behişti və onun
nemətlərindən söhbət açır. Eləcə də, bərzəx
Cəhənnəmi və onun əzablarını açıqlayır. Tarixi
hadisələri, sadiq yuxuları dediklərinə sübut kimi
AYӘTULLAH DӘSTĞEYB
9
şahid gətirir və aydın bəyanı ilə oxucunun
diqqətini onun gələcək mənzilinə yönəldir.
Sonra Qiyamətin başlanğıcından, ölümdən
sonrakı həyatın–məadın ayə və hədislərlə
dəlillərindən yığcam, sadə söhbət edir.
Mö’təbər mənbələrə istinad etməklə Sirat
(axirət körpüsü), Mizan (əməl tərəzisi), Behişt və
Cəhənnəm, nemət və əzablar barədə nəzərini
bildirir. Üstəlik, bu kitabda yüzlərlə maraqlı,
oxumalı mətləblər oxucuya təqdim edilir.
Ruhun şad olsun ey şəhid Ayətullah! On səkkiz
yaşlı nəvən Seyyid Məhəmməd Təqi Dəstğeybin
vəfalı yoldaşlarının ruhu şad olsun!
Şiraz, Seyyid Məhəmməd Haşim Dəstğeyb
МӘАД
10
BİRİNCİ FӘSİL
ÖLÜM
VƏHYDƏN BAŞQA YOL YOXDUR
“Məad” «əvd» kökündən olub “qayıtmaq”
mənasını verir. Çünki ruh ikinci dəfə bədənə
qaytarılır.
Məad
müqəddəs
İslam
dininin
əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir
insan ölümdən sonra yenidən dirilir və əqidəsinin,
əməllərinin əvəzini alır.
Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha
sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm
olan məad məsələsi əql yolu ilə sübuta yetsə də,
zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə
olacağını insanın təkbaşına dərk etməsi qeyri-
mümkündür.
Bu
məsələdə
vəhydən
(Allah
buyruqlarından) başqa yol yoxdur, çünki insanın
dərki onun yaşadığı aləmin, tutduğu məqamın
hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan
uşağın bətndən bayırdakı aləmin böyüklüyünü,
necəliyini anlaması qeyri-mümkündür. Eləcə də
qeyri-mümkündür ki, bu uşaq fəza və onda mövcud
olanların sonsuzluğunu qavrasın. Həmçinin, maddi
aləmdə olub, maddə və təbiətin əsiri olan bir kəs
mələkut aləmini necə dərk edə bilər; necə bilər ki,
mələkut aləmi maddi aləmin batinidir və bu
dünyadan xilas olmaqla yeri həmin mələkut aləmi
|