Microsoft Excel 2010 cədvəl prosessoru
121
8. COUNT funksiyası. Bu funksiya xanalar diapazonundakı ədədləri saymaq üçün istifadə
olunur. Funksiyanın formatı aşağıdakı şəkildədir:
COUNT (value1,[value2],…)
Value1 və value2 a)
ədədə, b) xanalara istinad ola bilər.
a)
=Count(2,5,6,d) düsturunun nəticəsi 3 olur. Çünki
COUNT yalnız ədədləri sayır və d
hərf olduğu üçün nəzərə alınmayacaq.
b)
=COUNT(A2,B9,H17) düsturu daxilində ədəd olan xanaları sayacaq.
COUNT funksiyası diapazonda da ədədi xanaları sayır. Məsələn, =
COUNT(C5:G6)
düsturu C5:G6 diapazonunda daxilində ədəd olan xanaları sayır.
9. COUNTA funksiyası. Bu funksiya xanalar diapazonundakı verilənləri saymaq üçün
istifadə olunur. Yəni,
COUNT funksiyasından fərqli olaraq bütün dolu xanaları sayır. Funksiyanın
formatı aşağıdakı şəkildədir.
COUNTA (value1,[value2],…)
Value1 və value2 a)
ədədə, b) xanalara istinad ola bilər.
=COUNTA(3,6,7,d) düsturun nəticəsi 4 olur. Çünki
COUNTA təkcə ədədləri yox, bütün
verilənləri sayır.
=
COUNTA(A3,B12,H19) düsturu dolu olan xanaları sayacaq. Boş xananı nəzərə
almayacaq.
=COUNTA(A2:H17) interval daxil olan dolu xanaları sayacaq.
Dostları ilə paylaş: