0-409 pt intervalında tənzimlənə bilir.
AutoFit Row Height – sətrin hündürlüyünü avtomatik
tənzimləyir.
Column Width – sütunun enini tənzimləyir. Sütunun enini
0-255 pt intervalında tənzimlənə bilir.
AutoFit Column Width –sütunun enini avtomatik
tənzimləyir.
Default Width – sütunun enini susmaya görə tənzimləyir.
Hide & Unhide – sətir, sütun və işçi vərəqi gizlədir. Eyni
zamanda gizlədilmiş sətir, sütun və işçi vərəqi yenidən göstərir.
Rename Sheet – cari işçi vərəqin adını dəyişir.
Move or Copy Sheet – işçi kitabda işçi vərəqlərin yerini
dəyişir və kopyasını köçürür.
Tab Color – işçi vərəqlərin tab rəngini dəyişir.
Protekt Sheet – işçi vərəqin qorunması. Məsələn, işçi
vərəqdə redaktə əməliyyatına şifrənin qoyulması.
Lock Cell – xanaların bloklaşdırılması.
Format Cells – xanaların formatlaşdırılması. Məsələn, xanadakı verilənlərin tipini,
xanadakı verilənlərin istiqamətini, xanadakı verilənlərin stilini, xananın kənar hüdudlarını və s.
tənzimləmək olar.
Format Cells pəncərəsini klaviaturadan Ctrl+1 düymə kombinasiyası açır.
Editing (Redaktə) qrupu. Bu qrupun əmrləri xanalara funksiya əlavə etmək, xanalardakı
verilənləri digər xanalara doldurmaq, xanalardakı verilənləri təmizləmək və s. əməliyyatları icra edir.
Editing qrupunun şəkli sağda verilmişdir. Bu qrupun əmriləri ilə yaxından tanış olaq:
1. Bu əmr xanaya funksiya əlavə edir. Düymənin sağındakı düyməsi klikləndikdə sağdakı
şəkildəki kimi pəncərə açılır. Bu pəncərədə
Sum, Average, Count Numbers, Max və Min Excelin standart funksiyalarıdır.
More Functions isə Insert Function pəncərəsini göstərir və buradan da bütün funksiyaları əlavə
etmək olar.
2. Bu əmr xanadakı verilənləri digər xanalara
müxtəlif üsullarla doldurmaq işini icra edir. Fill əmrini icra
etdikdə sağdakı şəkildəki kimi pəncərə açılacaq. Bu
pəncərədəki əmrlərlə yaxından tanış olaq:
Down –seçilmiş xanalar diapazonundakı ən
yuxarıdakı xananın qiymətini sütun üzrə və aşağı istiqamətdə
digər seçilmiş xanalara doldurur.
Right – seçilmiş xanalar diapazonundakı ən soldakı xananın qiymətini sətir üzrə və sağa
istiqamətdə digər seçilmiş xanalara doldurur.
1
2
4
5
3