Microsoft Excel 2010 cədvəl prosessoru 126
2. Bu əmr xanadakı ədədi
Accounting (Maliyyə) formatına çevirir. Xanadakı ədədi müxtəlif
pul vahidləri (məsələn, Euro, Dollar və s.) formatında göstərir.
3. Bu əmr xanadakı ədədi
Percentage (Faiz) formatına çevirir.
4. Bu əmr xanadakı ədədi onluq kəsr formatında göstərir. Yəni, 65 ədədini 65,00 kimi
göstərir.
5. Bu əmrlər xanadakı ədədin kəsr hissəsindəki rəqəmlərin sayını artırır və azaldır. Ədədi
yuvarlaqlaşdıraraq kəsr hissədə olan rəqəmləri silir. Artıqdıqda isə sıfırlar əlavə edir.
Styles(Stillər) lent qrupu.Bu qrupun əmrləri xana və xanalar qrupuna xüsusi stil verir.
Eyni zamanda şərti formatlaşdırmanı buradan yerinə yetirə bilərik.
Style qrupunun şəkli sağda verilmişdir.
Style qrupunun əmrləri haqqında ətraflı
danışaq:
1. Bu əmr xanaların müqayisə edilməsini asanlaşdırır. Məsələn,
minlərlə xananın içərisində qiyməti 90 olan xanaları axtarmaq lazım
gəldikdə işimiz çətinləşir. Bu əmr həmin xanaları xüsusi rəngə
boyamaqla işimizi xeyli asanlaşdırır. Bu əməliyyata
Şərti formatlaşdırma deyilir.
2. Bu əmr seçilmiş xanalar diapazonuna xüsusi format tətbiq edir.
3. Bu əmr seçilmiş xana və xanalar çoxluğuna xüsusi stil verir.
Cells lent qrupu. Bu qrup əmrləri işçi vərəqə xana, sətir, sütun əlavə edir və işçi vərəqdən
xana, sətir, sütun silir. Eyni zamanda xanaları, sətirləri və sütunları formatlaşdırır.
Cells qrupunun şəkli
sağda verilmişdir.
Cells qrupunun əmrləri haqqında ətraflı danışaq: 1. Bu əmr işçi vərəqə yeni xana, sətir və sütun əlavə edir. Eyni zamanda işçi kitaba yeni işçi
vərəq də əlavə edir. Düymənin aşağısındakı əmri klikləndikdə sağdakı pəncərə açılır. Bu pəncərədəki
əmrlərlə yaxından tanış olaq: