Microsoft Excel 2010 cədvəl prosessoru 117
Ən sadə seçim üsulu bir xananın seçilməsidir. Xananı seçmək onu aktivləşdirmək deməkdir. Bir xananı seçmək üçün mausun göstəricisini xana üzərində bir dəfə klik etmək lazımdır.
Cədvəlin müxtəlif yerlərində duran xanaları seçmək üçün klaviraturadan Cntrl düyməsini sıxılmış vəziyyətdə kursoru diğər xanaların üzərində bir dəfə klik etmək lazımdır.
Cədvəldə bir neçə ardıcıl xanaları da seçmək mümkündür. Həmin düzbucaqlı şəklində seçilmiş xanalar çoxluğuna diapazon deyilir. Diapazon iki xana ünvanı ilə göstərilir. Diapazonu göstərərkən birinci xana ünvanı ilə sonuncu xana ünvanı arasınada “:” işarəsi yazılır. Məsələn, sağdakı şəkildə A1: B4 diapazonu seçilmişdir. Diapazonu iki üsulla seçmək olar:
1. Əvvəlcə diapazonun birinci xanası seçilir və Shiftdüyməsi sıxılı vəziyyətdə diapazonun
sonuncu xanası seçilir. Məsələn, yuxarıdakı şəkildəki kimi seçim etmək üçün A1 xanası seçilir,
Shift düyməzi sıxılı vəziyyətdə saxlanılır və B4 xanası seçilir.
2. Diapozunun birinci xansı üzərində mausun sol düyməsinin sıxıb saxlamaqla, cədvəl
kursorunun diapazonunun sonuncu xanasına qədər sürüşdürmək lazımdır.
3. İşçi vərəqdə hər bir sətri seçmək üçün cədvəl kursorunu sətrin nömrəsi üzərinə gətirib
mausun sol düyməsini 1 dəfə klik etmək lazımdır.Yanaşı olmayan bir neçə sətri seçmək üçün
Cntrl düyməsindən, yanaşı sətirləri seçmək üçün
Shift düyməsindən istifadə olunur.
4. İşçi vərəqdə bir sütunu seçmək üçün cədvəl kursorunu sütun başlığının üzərinə gətirib
mausun sol düyməsini bir dəfə klik etmək lazıımdır.Yanaşı olmayan bir neçə sütunu seçmək üçün
Cntrl düyməsindən, yanaşı sütunları seçmək üçün Shift düyməsindən istifadə olunur.