Cntrl+C əmrini icra edirik, sonra köçürəcəyimiz xananı seçirik və
üzərində
Paste(Yapışdır) vəya klaviraturadan Cntrl+V əmrini icra edirik. Nəticədə, xana öz yerində
qalacaq, nüsxəsi yeni xanaya köçəcək. Xanadakı verilənin nüsxəsini köçürmək üçün kursoru xananın
daxilində yerləşdirib, xanadakı verilənin hər hansısa hissəsini seçərək eyni əməliyyatları icra etmək
lazımdır.
Xananın yerini dəyişdirdikdə xana silinərək yerini yeni xanaya dəyişir.Xananın yerini
dəyişmək üçün yerini dəyişəcəyimiz xananı seçirik və üzərində
Cut(Kəsmək) vəya Cntrl+x əmrini icra
edirik. Nəticədə, xana əvvəlki yerindən silinərək yerini yeni xanaya dəyişəcək.Xanada verilənin yerini
dəyişmək üçün kursoru xananın daxilində yerləşdirib, verilənin hər hansısa hissəsini seçərək eyni
əməliyyatları icra etmək lazımdır. Xanaların və verilənlərin yeni xanaya yerləşdirilməsi üçün
Paste(Yapışdır)və ya klaviraturadan Ctrl+V əmrini icra etmək lazımdır.
2.
Drug and Drop(Sürüşdür və burax) üsulu. Bu əməliyyat mausun sol düyməsini sıxıb
sürüşdürmə əməliyyatıdır.
Bu üsulla xananın nüsxəsini başqa xanaya köçürmək üçün əvvəlcə köçürəcəyimiz xananı
seçirik. Sonra klaviraturadan
Ctrl düyməsini sıxıb saxlayaraq kursoru seçilmiş xana üzərinə gətirib
mausun sol düyməsini sıxaraq, kursoru yeni xananın üzərinə sürüşdürürük
Bu üsulla xananın yerini başqa xanaya dəyişmək üçün əvvəlcə yerini dəyişəcəyimiz
xananı seçirik. Sonra kursoru seçilmiş xana üzərində gətirib mausun sol düyməsini sıxaraq kursoru
yeni xananın üzərinə sürüşdürürük. Xüsusi halda əgər xanaya düstur yazılıbsa və xananın nüsxəsini
başqa xanaya köçürülürsə, o zaman düstur formasını dəyişəcək. Düstur formasını müəyyən qaydaya
əsasən dəyişir.
Cədvəl daxilində hərəkət. Cədvəl daxilində hərəkət etmək üçün klaviratura qısayollarından
istifadə edilir.