IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
760
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
What directly led to the emergence of the first period on the status of the Caspian Sea was also
originated from the increased role of Caspian energy resources for the diversification of energy
routines.
During that period besides coastal states, Turkey, Western European states, USA and others
considered Caspian Sea as one of the major energy sources for the diversification of their energy
corridors. The key task for the policymakers during the first period was the delimitation of the Caspian
Sea, which is still unresolved. Several meetings such as Tehran and Moscow conferences on the status
of the Caspian Sea were organized where important decisions were accepted over the Caspian basin
that covered the urgent issues including its navigational use, the protection of its ecology, the optimal
use of its natural and biological resources, and prevention of the rising of sea level.
The second stage on the legal status of the Caspian Sea that started with Ashkhabad meeting and
covered the period of 1995-1999, is described as the stage of the geopolitical and political game. The
protection of the biological life of the Caspian basin as well as the fishery in the Caspian Sea were
among the issues discussed during the second stage. The politicians were unable to come to an
agreement that would allow fishing before determination of the legal status of Caspian Sea. As a
result, the parties agreed to the issues in the draft agreement prepared by Russia except fishery, which
remained unresolved due to Azerbaijan's rejection to 20 miles’ fishery zone. Following meeting was
one of the international scientific conferences, took place in Alma-Ata in 1995.After many efforts,
participations (except Turkmenistan) made decision that gave a responsibility to working groups led
by deputy ministers that would work on the determination of the legal status of the Caspian Sea. One
of these working groups was held in Alma Ata again without any joint statement mainly because of
Azerbaijani's acceptance of unilateral political act added to its 1995 Constitution. According to that
article, Azerbaijan has all water, air, and bottom control over its Caspian sector. In the next months,
determination issue proceeded to the global level. Azerbaijan signed Baku-Supsa-Odessa-pipeline
agreement with Georgia and Ukraine. Although there was also Baku-Ceyhan pipeline and TRACECA
project, all these were not obstacles for common protection of ecology on Caspian Sea for coastal
states. At the end of this stage, Russia took condominium concept back and each side agreed to have
20 percentages.
In January 2000, the third stage has already begun by Russian Federation President Vladimir
Putin, who is perceived the Caspian region as a source of special interest for Russia. Russian Security
Council established a post led by Kaluzhny for regulation of the Caspian basin. He made series of
visits to coastal states to revive status issue, and achieve advantageous change. Kaluzhny supported
step by step approach for the resolution of the issues, including the navigation in the Caspian Sea, the
use of its bio-resources, determination of coastal line coordinates, and protection of its ecology. The
other issues include a common usage of only its surface and creation of a platform of Caspian Sea.
In conclusion, during the whole process, each coastal state was keen on finding midway on the
issue of legal status of Caspian basin and division of its all resources. However, it is still too difficult
to achieve delimitation of the Caspian Sea, since the sides failed in the exact definition of Caspian
basin's geographical name. The attempts to define the legal status of the Caspian Sea also failed due to
the absence of precedent. The second period was more efficient compared to the first one with its
achievements on cases except about fishery zone. In the third stage, initiatives and offers of Kaluzhny
made large rifts or disagreements instead of advancing the situation among Caspian states. His 50/50
sharing principle was unacceptable to the interests of littoral states.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
761
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANIN TURİZM SAHƏSİNDƏ BEYNƏLXALQ
ƏMƏKDAŞLIĞININ ƏSAS İSTİQAMƏTLƏRİ
Aynurə RÜSTƏMLI
Slavyan Universiteti
moonrust@mail.ru
AZƏRBAYCAN
XX əsrin sonlarından yenidən öz müstəqilliyini qazanan Azərbaycan dünya ölkələri ilə xarici
əlaqələrini genişləndirir. Müstəqil, Demokratik Azərbaycanın dünya siyasətində belə ciddi fəaliyyəti
və dünya dövlətləri ilə bu cür bərabərtərəfli munasibətlərini inkişaf etdirməsi dəqiq və uğurlu xarici
siyasətlə bağlıdır. Digər sahələrdə olduğu kimi Azərbaycan bu dövrdə, xüsusən 2003-2016-cı illərdə
turizm sahəsində də beynəlxalq əməkdaşlığa xüsusi önəm vermiş, bu istiqamətdə xüsusi prinsipləri
müəyyən etmiş, layihələr həyata keçirmiş və uğurlar qazanmışdır.
1994-cü ilə qədər davam edən Ermənistan-Azərbaycan müharibəsi, ərazi itkisi, hakimiyyət
uğrunda gedən mübarizələr və xüsusi dövlət və özəl mexanizmlərinin olmaması ölkəmizdə həm yerli,
həmdə beynəlxalq səviyyədə turizmin inkişafına imkan verməmişdir.. Bunu həmin dövrün turizm
haqqında statistik göstəricisi də təsdiq edir. 1993-cü ildə ölkəmizə turist səfərləri 75%-ə qədər
azalmışdı. Lakin bu vəziyyət cox uzun çəkmədi. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin
təşəbbüsu ilə Azərbaycan Respublikası 1994-cü ildə “Əsrin müqaviləsi”, sonra “TRASEKA” layihəsi
çərçivəsində nəqliyyat dəhlizinin inkişafı sazişlərinin imzalanmasına nail oldu. Bu hal şübhəsiz ki,
turizm sahəsinin yenidən oyanışına təkan verdi.
H. Əliyevin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” turizm sahəsində beynəlxalq əməkdaşlığa təkan verən ən böyük
addımlardan biri oldu. Bu sənəd və onun həyata keçirilməsi turizm sahəsində beynəlxalq əməkdaşlığın
yeni istiqamətlərini və prinsiplərini müəyyən etdi.
Azğrbaycanın zəngin tarixi, mədəni və təbii irsi, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq
səviyyəli tədbirlər, dünyanın bir çox yerlərindən turistləri ölkəmizə cəlb edir. Əsrarəngiz təbiət,
mineral su qaynaqları dünyanın yeganə mülicəvi nefti olan–naftalan, nadir qədim memarlıq abidələri,
özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər respublikamızda turizmin demək olar
ki, bütün növlərinin: işgüzar, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik qastronomik turizmin
inkişafı üçün zəmin yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağının 9 iqlim tipi məhz
Azərbaycanda yerləşir. Bu da öz növbəsində xarici turistlərin iştirakı ilə yay və qış turizminin təşkilinə
şərait yaradır.
Ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurlar beynəlxalq turizmin hərtərəfli inkişafı üçün əlverişli
imkanlar yaratdı. “İçərişəhər”, “Şirvanşahlar sarayı”, “Qız qalası” həmçinin “Qobustan” qayaüstü
rəsmlər muzeyi YUNESKO-nun dünya mədəni irs siyahısına salındı. Prezident İlham Əliyevin 2011-
ci ili Turizm ili elan etməsi, “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə İlk Avropa
oyunlarının məhz Azərbaycanda keçirilməsi bütün dünyadan turistlərin Azərbaycana axışması,
Azərbaycanın daha da artıq tanınmasına, nüfuzunun daha da artmasına şərait yaratdı.
2005-ci ildən bugünədək Azərbaycana gələn xarici turistlərin sayının 1,1 milyondan 2,3 milyona,
ölkədə fəaliyyət göstərən mehmanxanaların sayının 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin
sayının 22 mindən 35 minə, turizm müəssisələrinin sayının isə 197-dən 286-ya çatdırılması turizm
sahəsində beynəlxalq əməkdaşlığın inkişafını nümayiş etdirən göstəricilərdir. Eyni zamanda, qeyd edə
bilərik ki, 2014-cü il ərzində Azərbaycana səfər edən xarici turistlərin ölkəmizdəki xərclərinin 1,3
milyard manat, turizm və aidiyyəti sahələrdə çalışan işçilərin sayının 42 min, turizm sahəsinin ölkənin
ÜDM-dəki xüsusi çəkisinin isə 4,1% olması turizm sahəsində beynəlxalq əməkdaşlığının nəticəsidir.
Azərbaycanda turizmin davamlı inkişafını, turizm sahəsində beynəlxalq əməkdaşlın dərinləşməsi
ölkənin bu istiqamətdə beynəlxalq reytinqlərində də özünü göstərir. Dünya İqtisadi Forumunun (DİF)
2015-ci il üçün nəşr etdiyi “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmizin 141 ölkə
arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı, biznes mühiti göstəricisinə görə 65-
ci, təhlükəsizlik və əmin-amanlıq göstəricisinə görə isə 36-cı yeri tutaraq, bu göstəricilərə əsasən bir
sıra inkişaf etmiş Avropa ölkələrini də geridə qoymuşdur. Bəllidir ki, bu göstəricilər turizm sahəsində
beynəlxalq siyasəti formalaşdiran əsas amillərdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
762
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bununla yanaşı, turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında
dövlət qurumlarının rolu, maraqlı tərəflər arasında beynəlxalq əməkdaşlıq formaları və bu
əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və
tövsiyələri əks etdirən “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”nın
layihəsi hazırlanmışdır. Ölkədə hər il beynəlxalq “Turizm və Səyahətlər” sərgisi, AITF keçirilir,
London, Berlin, Moskva, İstanbulun və onlarla digər beynəlxalq turizm siyasətini formalaşdoran
beynəlxalq forumlarda iştirak edilir. Ümumdünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı
(İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində beynəlxalq
əməkdaşlıq çərçivəsində fəaliyyət davam etdirilir.
Turizm sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri də dünya standartlarına
cavab verən milli infrastrukturanın yaradılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Bu
baxımdan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa xüsusi önəm verilir. Məsələn, Aİ-nın Tvininq layihəsi
çərçivəsində Azərbaycanda turizmin inkişafı üçün qanunvericilik bazasının və hüquqi çərçivələrin
təkmilləşdirilməsi prosesinə yardım mexanizmi yaradılmışdır.
Bununla yanaşı Azərbaycan ikitərəfli münasibətlərdə də turizm sahəsində beynəlxalq əməkdaşlığı
dərinləşdirmək və genişləndirilmək məqsədilə fəaliyyətinin səmərəsini artırır. Belə ki, Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə ilə Serbiya, Monteneqro, Albaniya, Çexiya, San-Marino, Xorvatiya,
Səudiyyə Ərəbistanı, Macarıstan, Argentina və bir sıra ölkələri nmüvafiq qurumları arasında
əməkdaşlıq sazişləri və digər müvafiq sənədlər imzalanmışdır.
Həmçinin ölkəmiz turizm əhatə dairəsini genişləndirmək üçün bir çox ölkələrdə turizm
nümayəndəliyi açılması işi də sürətlə həyata keçirilir. 2000-ci illərdə BƏƏ, Almaniyda və digər
dövlətlərdə bu cür nümayəndəliklər açılmışdır. Bu istiqamətdə siyasət davam etdirilir. Belə ki,
Azərbaycan 2016-ci ilin fevralın 24-də Moskvada, fevralın 29-da isə İstanbulda turizm nümayən-
dələyini açmışdır.
Təbii ki, günümüzdə aktual olan Türkiyə-Rusiya arasında gərginlik bu iki ölkənin və Azərbay-
canın turizm bazarına öz təsirini göstərmişdir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin
sözlərini Azərbaycanın mövqeyi kimi qəbul edə bilərik: “Mən heç kimin çətinliyinə sevinmək
niyyətində deyiləm. Türkiyə bizim üçün çox önəmli turizm nümunəsidir. Biz çox vaxt onlardan
nümunə götürürük. Sözsüz ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi rus turistlərin Türkiyəyə
az səfər etməsinə gətirib çıxaracaq. Biz otellərlə danışmışıq, yeni paketləri tərtib etmişik. Artıq
Moskvada və digər vilayətlərdə proses başlayıb, işlər aparılır. Baxmayaraq ki, bu siyasi vəziyyətdir,
yaxud başqa məsələlərdir, biz maraqlıyıq ki, Azərbaycan turizmi Rusiya bazarında layiqincə təmsil
olunsun".
Azərbaycan 2016 il 23-26 mart tarixində Moskvada keçirilən ən böyük beynəlxalq turizm sərgisi
sayılan “Səyahət və turizm” MITT 2016 sərgisində iştirak edəcək. Bu sərgi danışıqlar, görüşlər, fikir
mübadiləsi və turizm sahəsinin nümayəndələri arasında təkliflərlə böluşmək üçün mükəmməl foruma
çevriləcəkdir.
Beləliklə, turizm sahəsində beynəlxalq əməkdaşlığın təhlili göstərir ki, bu istiqamətdə inkişaf
həm iqtisadi çiçəklənməyə, həm sosial həyatın yaxşılaşmasına, həm sabitliyə, həm də xalqlar arasında
dostluğun möhkəmlənməsinə xidmət edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
763
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
LATIN AMERİKASI ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ SİYASƏTİNDƏ
YENİ MEYL KİMİ
Nuranə MURADLI
nurana.muradli@mail.ru
AZƏRBAYCAN
Yeni meyl deyilərkən ortaya bəzi suallar çıxır. Niyə Azərbaycan Respublikasının xarici
siyasətində yeni meyllər formalaşır? Niyə AvroAtlantik məkana inteqrasiya siyasətini xarici
siyasətində başlıca istiqamət seçən dövlət bu siyasəti məhdudlaşdırmağa başlayıb? Yaranmış və ya
yaranacaq yeni, həm də fərqli istiqamətlər digər sahələrə necə təsir göstərəcək? Suallara cavab
axtararkən bunları kontinental Avropa strukturlarının müstəqil Azərbaycan dövlətinə qarşı qərəzli
mövqeyinin şərtləndirdiyinin şahidi oluruq. Avropa institutlarının Azərbaycana qarşı fəaliyyəti zamanı
suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə olunur. Bunlada
dövlətin daxili işlərinə müdaxilə olunur. Eləcə də əhəmiyyətli qərarların qəbulu təcrübəsində “İkili
standartlar” tətbiq edilir. Yalnız Avropa İttifaqı deyil, həm də ATƏT, Avropa Şurası, İnsan hüquqları
üzrə Avropa məhkəməsi kimi kontinental təsisatların antiazərbaycan siyasəti bunları deməyə imkan
verir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının 2015-ci il, 12 oktyabrda
Nazirlər Kabinetinin iclasında dediyi kimi- “ Azərbaycanın müstəqil siyasət aparması bəzi problemlər
yaradır.” Qərbin- Avropa strukturlarının Azərbaycana qarşı qərəzli mövqeyi müstəqil Azərbaycan
Respublikasının xarici siyasətində yeni meylləri formalaşdırır. Bütün bunlar eyni zamanda
dövlətimizin siyasi fəaliyyətlərində daim mövcud olan balanlaşdırılmış, tarazlaşdırılmış xarici siyasət
strategiyasına da təsirsiz ötüşmür.
Həm çoxtərəfli, həm ikitərəfli diplomatiya sahələrində xarici siyasət fəaliyyəti həyata keçirən
Azərbaycan bütün bu səbəblərdən Cənab prezidentimiz İlham Əliyevin də göstərişi ilə ikitərəfli
beynəlxalq əlaqələrini genişləndirir. Artıq özü üçün yeni hesab etdiyi məkanlara inteqrasiya edir və
həmin məkanın ölkələri ilə beynəlxalq iqtisadi-siyasi münasibətlər saxlayır. Belə məkanlardan ilk
növbədə Latın Amerikasını xüsusilə qeyd etmək lazımdır. Qarşıya qoyulan əsas vəzifələrdən biri də
elə LA ölkələri ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycan Latın Amerikası ölkələri ilə
siyasi və iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır. Bu amil regionun xarici siyasətimizdə mühüm
rol oynadığını göstərir. LA erməni diasporunun ən güclü olduğu regionlardan biridir. Paraqvay,
Uruqvay, Argentina kimi ölkələrdə saxta erməni soyqırımını təbliğ edən erməni diasporluqları
fəaliyyət göstərməkdədir. Lakin Azərbaycanın uğurlu xarici siyasət strategiyası burada da erməni
təbliğatının qarşısını almaqdadır.
Azərbaycan bir sıra Latın Amerikası ölkələrində səfirliklərini açıb və müvafiq olaraq Latın
Amerikasının bir çox ölkələri Azərbaycanda diplomatik ofislərini açaraq fəaliyyət göstərirlər. Bütün
bunlar onu göstərir ki, Azərbaycanın LA-da çevik xarici siyasət aparması üçün bu ölkələr ilə iqtisadi
əlaqələrin inkişaf etdirilməsi son dərəcə vacibdir. Lakin bu sözü gedən ölkələrlə beynəlxalq əlaqələrin
qurulması yalnız erməni diasporunun Latın Amerikası ölkələrindəki fəaliyyətinə görə deyil.
İqtisadiyyatla bərabər siyasətin belə qloballışdığı dünyada təcrid olunmamaq, ən yüksək səviyyədə
beynəlxalq münasibətlərə girmək, yalnız bir məkanla deyil, bir neçə məkanla əlaqələr qurmaq
vacibdir. Latın Amerikası ölkələri də həm siyasi, həm iqtisadi cəhətdən (Hansı ki, bu ölkələr qısa
zamanda yüksək iqtisadi sıçrayışla inkişaf səviyyəsinə nail olaraq sənaye ölkələri qrupunda yer
alıblar) inkişaf edən ölkələrdəndir. Bir çox beynəlxalq xarakterli enerji layihələrində iştirak edən və
Avropanın enerji təhlükəsizliyinin siması kimi çıxış edən Azərbaycanın neft və qaz emalı sahəsində
malik olduğu məxsusi təcrübənin bu ölkələrlə bölüşdürülməsi həmin ölkələrdə müəyyən tədbirlərin
həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Latın Amerikası regionu inkişaf edən
və eləcə də inkişaf etməkdə olan bir çox sənaye sahələrimiz üçün satış bazarı ola bilər.
Müstəqil və suveren dövlət kimi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
yeni dövlətlərin, yeni dövlətlər birliyinin dəstəyinə, davamlı olaraq bu dəstəyin genişlənməsinə
ehtiyacı var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təvsilatları ilə dünya ictima-
iyyətinə çatdırılması prosesinin genişləndirilməsi ən vacib vəzifələrdəndir. Və dövlətimizin yürütdüyü
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
764
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
uğurlu xarici siyasət xətti ilə Latın Amerikası ölkələri, xüsusilə də Meksika, Honduras, Peru,
Kolumbiya və digərləri qanunvericilik orqanları səviyyəsində Xocalı soyqırımı üzrə qətnamə qəbul
ediblər. 2011-2012-ci illərdə Uruqvayın erməni diasporu Azərbaycanın Ermənistan tərəfindən işğal
edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı regionun tanınması üzrə iş aparmağa cəhd
edib. Lakin Azərbaycanın balanslı və düşünülmüş siyasəti sayəsində erməni lobbisinin bu antiazər-
baycan fəaliyyətini dayandırmaq mümkün oldu. Və daha bir məqam- Uruqvay Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini tanıyır, eləcə də bir ölkənin ərazisinin digəri tərəfindən işğalını
yolverilməz hesab edir. Azərbaycanımızın bu coğrafi regionda ən vacib tərəfdaşı Brazilyadır. Bu
məqamda qeyd etməliyik ki, Brazilya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi
üzvlərinin sayının artırılması kontekstində aparılan müzakirələrdə potensial iddiaçılardandır.
Beynəlxalq arenada özünə kifayət qədər dəstək alan sözü gedən ölkə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi üzrə mövqeyi birmənalıdır, bu ölkə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
LA ölkələri ilə əməkdaşlığın inkişafı hazırda Azərbaycanın xarici siyasətinin prioritetidir. Dövlət
suverenliyinin dəstəklənməsi ölkədə sabitliyin saxlanması üçün vacibdir. Latın Amerikası ölkələri-
Argentina, Kuba, Meksika, Uruqvay, Peru kimi ölkələr dövlətimizin maraqlarını beynəlxalq arenada
dəstəkləyən ölkələrdir. Belə ki, Azərbaycan Kuba, Meksika, Argentina, Brazilya kimi beynəlxalq
münasibətlərin gedişinə müəyyən mənada təsir edə bilən ölkələr də səfirliklərini, Kolumbiya,
Uruqvay, Çili, Peru kimi ölkələrdə isə diplomatik ofislərini açaraq bu geosiyasi regionla əlaqələrini
genişləndirir.
RELIGION AS A CIVIL SOCIETY DOMAIN FOR COMPETING
HEGEMONIES IN AZERBAIJAN: GRAMSCIAN APPROACH
Ariz HUSEYNOV
ariz.huseynov@gmail.com
AZƏRBAYCAN
Many different approaches to Civil Society (for instance, as a main foothold of pluralism and
democracy; as an order that serves capitalist class or neoliberal international order). As a consequence,
all those approaches take one sided and normative look: Civil Society is good or bad; Civil Society
serves/reflects this or that interest. That is where Gramsci’s insight is indispensably important: put it
simply, he argues that Civil Society’s role is not predetermined. It is a platform or battle field where
any social force/group (weather it is a capitalist class, democratic forces, ruling elite, interest groups,
political parties, government in large or etc.) needs to win to establish and maintain its hegemony or
influence existing hegemonic order.
It is true for the government as well: if it wants to achieve and preserve hegemonic order it needs
to win over Civil Society. For Gramsci a ‘State’ is Political Society and Civil Society taken together,
while political society implies narrower government institutions and statesmen. Without winning over
the civil society the dominance of political society is vulnerable and in hard times state will tremble
because its ‘civil society wing’ is not functioning. For example, when comparing West and Russia he
explains the revolutions in Russia with weak and primordial civil society, while in the West
revolutions did not take place because of strong civil society institutions. Thus, we can draw two
conclusions: first, any group/order that wants to establish and maintain its hegemony needs to win on
the ‘civil society domain’; second, it is true for the governments as well.
This Article will take a Gramscian approach to understand the struggle over one particular
domain of civil society, that is religious society (communities/groups/institutions) between the
government and religious groups of Shia orientation (that are referred as ‘independent Shia
communities’, ‘Iranian Influenced Shia Groups’ and etc). However, it should be made clear that the
article does not aim to find out whether these groups are influenced from Iran or they are independent.
Instead, the aim is to explore how these groups and government struggle/cooperate/neglect each other
over the civil society domain. Here government represents dominant order that is in a continues
|