IV.
Məsuliyyət
28. Həkim-laborant aşağıdakılara görə məsuliyyət daşıyır:
28.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
28.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
28.3.
daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
28.4. qiymətli laboratoriya avadanlıqlarının mükəmməl istifadəsinə, elektrik
enerjisi, su və reaktivlərə qənaət edilməsinə, laboratoriya avadanlıqlarının və
otaqlarının qorunub saxlanılmasına;
28.5 qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
28.6. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
28.7. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
4
28.8. tibb müəssisəsinin fəaliyyətinə, işçilərin və müştərilərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
29. Həkim-laborant əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.