partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi,
pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa
məvacib ala bilməzlər.
341. Hakimlər müstəqildirmi?
- Bəli, müstəqildir.
342. Hakimlər nəyə tabedirlər?
- Yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına tabedirlər.
343. Hakimlər səlahiyyətləri müddətində dəyişilə bilər-
lərmi?
- Xeyr, hakimlər səlahiyyətləri müddətində dəyişilməzdirlər.
344. Hakimlər ədalət mühakiməsini həyata keçirərəkən
işlərə hansı prinsiplərə əsasən baxırlar?
- Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq
bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
345. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir
səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına
Dostları ilə paylaş: |