Respublikasının Milli Məclisini buraxmaq hüququ nəzərdə
tutulmuşdurmu?
- Xeyr, nəzərdə tutulmamışdır.
503. Majoritar seçki sistemi dedikdə, nə başa düşülür?
- Bu seçki sisteminə uyğun olaraq deputatlığa namizəd
seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana
deputata seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə
nisbətən daha çox səs toplamalıdır. Majoritar seçki sisteminə
uyğun olaraq seçki dairəsi üzrə seçicilərin səs çoxluğunu əldə
etmiş namizəd seçkidə qələbə qazanmış hesab edilir. Səs
çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki
növü fərqləndirilir: 1) mütləq səs çoxluqlu majoritar sistem; 2)
nisbi səs çoxluqlu majoritar sistem.
Dostları ilə paylaş: |