457. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları hansı
aktlara zidd olmamalıdır?
- Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına.
458. Hansı normativ hüquqi aktların qüvvəsi geriyə
şamil edilir?
- Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,
hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən
normativ hüquqi aktların.
459. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ hüquqi aktlardan başqa digər
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilirmi?
- Xeyr, şamil edilmir.
460. Bələdiyyələrin qəbul etdikləri aktlar nəyə əsaslan-
malıdır?
- Hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər
münasibətə)
Dostları ilə paylaş: |