CƏRRAHİ MÜDAXİLƏLƏR ZAMANI KİMYƏVİ TERAPİYA
Əməliyyata hazırlıq mərhələsində kimyəvi terapiya vərəmin
fəallığının azaldılması üçün əsas amil rolunu oynayır.
Kimyəvi terapiya “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə
klinik protokol”a
əsasən aparılmalıdır. Protokolun tövsiyələrinə
əsasən müalicənin monitorinqi (klinik, laborator, rentgenoloji
müayinələr) aparılmalıdır. Daha sonra cərrahi müdaxiləyə göstərişlər
və əməliyyatın vaxtı monitorinq nəticələrinə əsaslanaraq
dəqiqləşdirilməlidir.
Əməliyyatdan əvvəlki dövrdə kimyəvi terapiya
Əməliyyatdan əvvəl aparılan kimyəvi terapiyanın məqsədi
vərəmin fəallığının maksimal dərəcədə azaldılmasıdır.
Əlverişsiz proqnozu olan və cərrahi müdaxilənin aparılması
planlaşdırılan xəstələrdə fərdi dözümlülük və VMB-nin dərmanlara
həssaslığı nəzərə alınmaq şərti ilə kimyəvi terapiya maksimal
dərəcədə aqressiv aparılmalıdır, yəni vərəm əleyhinə preparatların
maksimal dozası və sayı istifadə edilməlidir.
Dostları ilə paylaş: |