6
İxtisarların siyahısı
ACXOX
ağciyərin xronik obstruktiv xəstəliyi
ÇDD VMB
çoxsaylı dərmanlara davamlı vərəm
mikobakteriyaları
DD
dərmanlara davamlılıq (rezistentlik)
GDD VMB
genişlənmiş dərmanlara davamlı olan vərəm
mikobakteriyaları
GNVH
1
(FEV
1
) gücləndirilmiş nəfəs vermənin 1 saniyə ərzində
olan həcmi (forced expiratory volume in 1 second)
İİV insanın immunçatışmazlığı virusu
MonoDD VMB monorezistent VMB (yalnız
bir dərmana
davamlılıq)
MVP
Milli Vərəm Əleyhinə Proqram
PoliDD VMB Polirezistent
VMB
(ən azı iki dərmana davamlılıq)
TL
C0
ağciyərlərin diffuziya qabiliyyətinin müayinəsi
(transfer faktoru: TL
C0
–
Transfer Factor for
Carbon Monoxide)
VMB
vərəm mikobakteriyaları
VMB DH VMB-nin
dərman vasitələrinə qarşı saxlanılmış
həssaslığı (DH dərmanlara həssaslıq)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
7
Protokol vərəmlə mübarizə sahəsində çalışan həkim-ftiziatrlar,
cərrahlar və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulub.
Pasiyent qrupu vərəm xəstəliyi olan şəxslərdir.
Protokol vərəm xəstələrinin kompleks müalicəsində vaxtında və
keyfiyyətli cərrahi müdaxilə üsullarının düzgün tətbiqi üzrə sübutlu
təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
Giriş
Hazırda dünyada vərəm xəstəliyinin spesifik dərmanlara davamlı
formalarının artması müşahidə olunur. Epidemik vəziyyətin əsas
səbəblərindən biri vərəm mikobakteriyalarının spesifik dərmanlara
həssaslığı və ya davamlılığı təyin edilmədən xəstələrin müalicəsinin
aparılmasıdır. Digər səbəbi isə spesifik dərmanların düzgün olmayan
dozada və kombinasiyada xəstələrə təyin edilməsidir. Sözsüz,
müalicə olunan xəstələrin sosial vəziyyəti, həyat tərzi və onların
buna müvafiq olaraq müalicə prosesindən yayınması da əhəmiyyət
kəsb edir. İnsanın immunçatışmazlığı virusuna yoluxma səviyyəsinin
dünyada artması faktoru da vərəmə görə epidemik vəziyyətin
yaranmasında mühüm rol oynayır. Son illər bütün dünyada olduğu
kimi Cənubi Qafqaz respublikalarında da, o cümlədən Azərbaycanda
ilkin xəstələr arasında müalicə kursunun sonunda müalicənin
effektivliyi - dağılma boşluğunun bağlanması və mikobakteriyaların
ifrazının kəsilməsi 75-95% təşkil edir. Spesifik dərmanlara davamlı
olan xəstələrin, xüsusən multirezistent forması olanların müalicəsi
ancaq 50-55% hallarda klinik sağalma ilə nəticələnir.
Bütün bunları nəzərə alaraq vərəm xəstələrinin müalicəsinin
effektivliyinin yüksəldilməsi və epidemik stabilliyə nail olunması
məqsədilə cərrahi müdaxilənin tətbiqi çox vacibdir. Müalicənin son
nəticəsinin qənaətbəxş olması və cərrahi müdaxilələrin arzuolunmaz
nəticələrinin qarşısının alınması üçün kimyəvi terapiyanın maksimal
dərəcədə effektli aparılması və cərrahi əməliyyatların vərəmin
fəallığının bərpa olmasından əvvəl həyata keçirilməsi xüsusilə
zəruridir. Bu, həm də vərəm əleyhinə dərman vasitələrinə qarşı əlavə
davamlılığın əmələ gəlməsinin qarşısını almaq üçün vacibdir.
Müalicənin əvvəlində gözlənilən nəticələrin proqnozlaşdırılmasına
cərrahi müdaxilənin vaxtının düzgün seçilməsi də təsir edir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
8
ÇDD olan hallarda cərrahi müdaxilələrin ən mühüm növü
mioplastik əməliyyatlarla tamamlanan ağciyər rezeksiyasıdır.
Dostları ilə paylaş: