Microsoft Word 88 Hemofiliya


Mədə-bağırsaq sisteminə kəskin qansızma



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2520
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
Mədə-bağırsaq sisteminə kəskin qansızma 

Digər növ qansızmalarla müqayisədə mədə-bağırsaq qanaxmaları 

hemofiliyalı  xəstələrdə nisbətən az hallada təsadüf olunan qanaxma 

formasıdır. Hemofiliya zamanı profuz mədə-bağırsaq qanaxmaları 

spontan olur. Onlar, adətən, aspirin, QSİƏP-nin qəbulu ilə əlaqədar 

baş verir. Eləcə də mədə və 12 barmaq bağırsağın gizli xorası, eroziv 

qastrit, babasil qansızma mənbəyi ola bilər. Müsariqə  və piyliyə 

qansızma qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliyini 

xatırladır (kəskin appendisit, bağırsaq keçməzliyi və s.). 

Əvvəlcə xəstədə lazimi faktor səviyyəsini təmin etməli, sonra isə 

diaqnostika həyata keçirilməlidir. 

Xəstənin qanında faktorun səviyyəsini təcili olaraq qaldırmaq, 

etiologiya aydınlaşana və qanaxma dayanana qədər faktorun 

səviyyəsini təmin eləmək (D)

40

 (Cədvəl 5)



Dərhal faktor səviyyəsini hemofiliya A zamanı 80-100%; 

hemofiliya B zamanı 60-80%-ə yüksəltmək lazımdır. Vəziyyət 

stabilləşənə  qədər faktor səviyyəsini hemofiliya A zamanı 50%-də, 

hemofiliya B zamanı 30%-də saxlamaq lazımdır. 

Mədə-bağırsaq traktına qansızma və ya kəskin qarın  əlamətləri 

müşahidə olunarsa, xəstə dərhal hospitalizə olunmalıdır. 

Lazım gələrsə anemiya və ya şokun müalicəsi aparılmalıdır. 

Qansızmanın səbəbi aradan götürülməlidir. 

Əgər xəstədə VIII faktor əskikliyi varsa, müalicə zamanı Amikar 

(EAT) və ya transamin turşusu istifadə oluna bilər. 




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin