37
çəkilməlidir. Ümumi anesteziyanın tətbiq olunması məqsədə-
uyğundur.
Cərrah-stomatoloqlar bütün yerli anesteziya üsullarından istifadə
edərək müalicəni təhlükəsiz həyata keçirə bilərlər. Faktorun
səviyyəsini 20-40%-ə qədər qaldıraraq, adətən, infiltrasiya,
alveoldaxili və bağdaxili inyeksiyalar edilir. Adekvat təcrübəsi olan
mütəxəssislər bu inyeksiyaları faktor istifadə olunmadan da edə
bilərlər (D)
33
.
Dişlərin çəkilməsi və ya ağız boşluğunda aparılan cərrahi
əməliyyatlar hematoloqun məsləhəti ilə hemostazın nəzarət planı
tərtib olunduğu təqdirdə aparılmalıdır (C)
31
.
Əgər alt çənənin anesteziyası aparılırsa, faktor səviyyəsini
hemofiliya A zamanı 50%-ə; hemofiliya B zamanı 40%-ə çatdırmaq
lazımdır. Hemofiliyalı xəstələrə yerli anesteziya əks-göstəriş
sayılmır. Yerli anesteziyaya əlavə olaraq azot-oksidi və ya venadaxili
analgeziyadan istifadə etmək olar.
Dişlərin ekstraksiyası zamanı əməliyyatdan öncə qanda faktor
səviyyəsini hemofiliya A-da 50%-ə; hemofiliya B-də 40%-ə
çatdırmaq lazımdır. IX faktor çatışmazlığı olan xəstələrdə
antifibrinolitiklərin tətbiqi məqsədəuyğun deyil. Transamin
turşusunun verilmə dozası 25 mq/kq hər 8 saatdan bir olmaqla per os
10 gün müddətində təşkil edir.
Süd dişləri düşərkən xəstədə qanaxma ola bilər.
Qanaxmanın qarşısını almaq üçün yerli müalicə üsullarından
istifadə etmək məsləhətdir:
►
nəm tənzif parçalarından istifadə etməklə ən azı 15 dəqiqə
ərzində həmin sahəyə birbaşa təzyiq göstərmək
►
yaranı bağlamaq üçün tikiş qoymaq
►
hemostatik preparatlardan
yerli istifadə etmək
►
antibiotiklərin istifadəsi, xüsusilə ağız boşluğunun pis
gigiyenik vəziyyəti ilə əlaqədar yaranan diş əti qanaxmaları
zamanı
Cərrahi əməliyyat, məsələn, tikiş qoyulması və ya çoxsaylı diş
çıxarılması tələb olunan hallarda xəstənin hospitalizasiyası
məsləhətdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
38
Ağıl dişlərinin vəziyyətinə hələ yeniyetmə dövründə fikir vermək
lazımdır. Daha böyük yaşlarda onların çıxarılması cərrahi əməliyyata
ehtiyac yaradır.
Hər bir əməliyyat zamanı o xəstəyə nəzarət edən hematoloqun
məsləhəti tövsiyə olunur.
IX faktor defisiti olan və yüksək dozada PKK ilə müalicə alan
xəstələrdə, həmçinin APKK ilə müalicə alan inhibitorlu xəstələrdə
antifibrinolitik dərmanların sistematik istifadəsi dayandırmalıdır (və
ya məhdudlaşdırılmalıdır) (D)
57
.
Əgər ehtiyac varsa, EAT və ya traneksam turşusunun oral
formalarından istifadə eləmək lazımdır (D)
77
.
FVIII çatışmazlığı olan xəstələrdə isə müalicə zamanı Amikar
(EAT) və ya transamin turşusunun tətbiqi, eləcə də Amikarla ağız
boşluğunun qarqara edilməsi müsbət nəticə verir.
Xəstəyə qanı udmamaq barədə təlimat verilməlidir.
Anemiyanın diaqnostikası və müalicəsi aparılmalıdır.
Qansızma yerinə Avitin və ya Trombin kimi agentlərin tətbiq
olunması effektiv ola bilər. Buz hissəcikləri də yaxşı nəticə verir.
Hematoloq, stomatoloq və otorinolarinqoloqun birgə müayinəsi
məsləhətdir.
Dostları ilə paylaş: