Kəsiklər və yaralar
Səthi kəsiklər dezinfeksiyaedici məhlulla işlənərək sıxıcı steril
sarğı qoyulmalıdır.
Yaralar da bu qaydada işlənməli və sıxıcı sarğı qoyulmalıdır.
Dərin kəsiklərdə faktor səviyyəsi qaldırmalı və sonra tikiş
qoyulmalıdır (D)
69
.
Faktor konstrentratı yeridildikdən sonra tikişi sökmək olar.
HEMOFİLİYANIN AĞIRLAŞMALARI
Sümük-əzələ sistemi tərəfindən ağırlaşmalar
Daha çox oynaqlara və ətraf əzələlərinə qansızmalar qeydə alınır.
Sinovit
Sinovit – kəskin hemartrozdan sonra əmələ gələn sinovial qişanın
iltihabıdır. Sinovit mərhələsində sinovial qişa hipertrofiyalaşır və
oynağa qansızmanın əsas mənbəyinə çevrilir. Müalicə olmadıqda
kəskin sinovit təkrar hemartrozlarla nəticələnə bilər. Bununla bağlı
ayda 4-5 dəfə xəstələrdə qısa müddətli güclü ağrılar olur. Xronik
sinovitin təzəhürü olan təkrari qanaxmalar zamanı sinovial qişa xronik
iltihablı və hipertrofik olur, oynaq böyümüş görünür (böyümə nəzərə
çarpan və ağrılı deyil).
Sinovit kəskin qanaxmanı göstərə bilər. Əgər qansızma yoxdursa,
müalicəni qeyri-steroid iltihab əleyhinə preparatlarla aparmaq olar,
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
40
lakin bu halda qanaxma riskinin yüksəlməsindən xəstəni xəbərdar
etmək lazımdır. Aspirin tərkibli preparatları istifadə etmək olmaz.
Sinovit xəstəliyi hemofiliya müalicə mərkəzində hematoloq,
ortoped və fizioterapevtin birgə məsləhəti ilə müalicə olunmalıdır.
Müalicənin məqsədi mümkün qədər qısa müddətdə sinovial
qişanı nəzarətdə almaq və oynağın funksionallığını saxlamaq
67
.
Müalicənin növləri:
►
Mütəmadi qansızmaların qarşısını almağa kifayət edəcək
dozada və tezlikdə faktor konsentratları ilə əvəzedici müalicə
Dostları ilə paylaş: |