rüsumlarının rolu» мювзусунда йаздыьы диссертасийа ишиня
Р Я Й
Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə
makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail
olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və
icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin
artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən
ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil
olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır.
Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-
ləri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə
təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda
maliyyə vəsaiti müəyyənləşdirilir.
Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir.
Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və
fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin
nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və
digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait
qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək,
respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq
standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür.
Бütün bu deyilənləri nəzərə alsaq иши тамамланмыш маэистр диссертасийасы
щесаб етмяк олар və işin мцдафияйя бурахылмасы мягсядяуйьундур.
И.е.н. Z.A.Şəkərəliyeva