43
Şəkil 29. Pres dəzgahında mütənasiblik
.
Şəkil 30. Şaquli burğu dəzgahında mütənasibliyin analizi.
İş yerini layihə edən zaman hündürboy kişi boyuna istinad edilir.
Bu bütün hündürboy insanların işləməsinə kamfort yaradır. İdarəetmə
orqanlarının rahatlıq
dərəcəsini analiz edərək, belə nəticəyə gəlmək
olar ki, dəzgahların, maşınların, dəmir pres avadanlıqlarının , işçi
yerlərini layihə edərkən aşağıdakı bəzəmə hallarını nəzərə almaq
lazımdır.
•
Dəzgah döşəmədən 100 – 250mm hündürlükdə olmalıdır.
44
•
Operatorun boyunun 40....50mm dəyişməsi nəzərə
alınmalıdır.
•
Bədənin 2.....10
mm içəri və yanlara əyilməsi, idarəetmə
orqanlarına qədər məsafənin 100.....120mm-ə qədər azalmasına səbəb
olur.
•
Yana bir az addım və ya bir ayağa ağırlıq
salanda idarəetmə
orqanlarına qədər məsafə 150....200 mm azalır.
•
Operatorla qabaq iş lövhəsinə qədər məsafə 150....200 mm
olmalıdır.
•
Taxta ayaq altı yerdən 50....80 mm hündür olmalıdır.
Ayaqqabının dabanının hündürlüyü kişilər üçün 25mm, qadınlar
üçün 50mm olmalıdır.Son zamanlar münasib rəqəmlər sırasından və
rəqəmlərin modul üzrə əlaqələndirilməsindən istifadə etmək məsləhət
görülür. Kiçik qiymətlərdən istifadə edilməsi məsləhət görülmür.
Böyük qiymətlər konstruksiyanın ümumilikdə yaraşıqlı olmasını
təmin edir.
11. MIQYAS
Mütənasiblik harmonikanın miqyas anlayışı ilə sıx əlaqədədir.
İki anlayış mövcuddur: Miqyas və nisbi miqyas.
Miqyas cizgidəki xətti ölçülər arasındakı nisbət
miqyas vasitəsilə
ifadə olunur. Məsələn: 1:2, 1:4, 1:5, 2:1, 5:1 və s.
Həcmi fəza konstruksiyalarında, böyük əsaskonstruksiya, digər
kiçik həcmli konstruksiyalar içərisində əsas baş konstruksiya sayılır.
Lakin,
genişlikdə bəzən kiçik, böyüklər içərisində əsas sayıla bilər. Bu
onu göstərir ki, bütün kateqoriyalardan olan kompozisiyaların
harmonik vəhdəti ətraf mühitlə müəyyən miqyas əlaqəsində olmalıdır.
Təbiət qanunlarına əsasən bitki və heyvanlar aləmi eyni dəqiqlikli
miqyasla əhəta olunmuşdur.
Misal üçün, quşun qanadı onun
ümumi
45
bədən ölçülərinə uyğun miqyasdadır. Eynilə də istehsal olunan
texnikanın ümumi görünüşü mexanika qanunlarına uyğun olmalıdır.
Hissənin (məmulun) yaxşı miqyas ölçüsündə olması
üçün,müəyyən miqyas qanunauyğunluqlarına riayət etmək lazımdır.
Bu qanunauyğunluqlara aşağıdakılar daxildir:
•
Elementlərin ölçülərinin tam ölçüyə və bir-birinə uyğun
olması;
•
Elementin maddi-predmet
və ya təbii mühitə uyğunluğu;
•
Ölçü və miqyasın insana nisbəti;
Bu qanunauyğunluğa görə kiçik əşyaların detalları böyük, böyük
əşyaların detalları isə kiçik olmalıdır. Misal üçün, uşağın başı boyuna
nisbətən böyük, böyük adamın başı isə boyuna nisbətən kiçikdir.
Nisbi miqyas – çox mürəkkəb anlayışdır.İnsanın baxdığı zaman
gördüyü arxitektura əsərinə öz boyuna görə verdiyi qiymətdir. Hündür
bina, böyük bina qarşısında dayanan zaman hündürlük görünür,
böyüklük isə görünmür. İnsana görə onu əhatə edən
bütün əşya aləmi
miqyasla olmalıdır.
Dostları ilə paylaş: