101
yerinə yetirə bilməsini nəzərə almalıdır. Iş zamanı oturacağın
söykənəcəkli olması kürək əzələlərinə düşən gərginliyi boşaldır,
bədənin ağırlığını oturacağa bərabər paylanmasını ayaqların rahat
yerləşməsini təmin edir ( Şəkil 62).
Işçinin yerinin rahat olmaması fiziki yorulma baş verməsinə,
bədənin deformasiya olunmasına və əmək məhsuldarlığının
azalmasına səbəb olur.
Bunu nəzərə alaraq sexdə, adminstrativ-
təsərrüfat, kommunal və başqa yerlərdə iş yerləri və avadanlıqlar
erqonomik tələblərə uyğun olmalıdır.
Avtomatik idarəetmə sistemində (AİS) işçi yerinin ölçüləri işin
spesifikasiyası nəzərə alınaraq seçilir. Iş yerinin ölçüləri insanın
antropometik və fizioloji göstəricilərinə uyğun olaraq “oturaq” və ya “
ayaq üstə” vəziyyətində olur (Şəkil 63). Müəssisələrdə layihəçi
konstruktorların iş yerləri fərqli olaraq təşkil edilir. Konstruktorların
yaradıcı əməyinə özünəməxsus
məlumat sistemi kimi baxmaq
lazımdır. Bu sistemə yeni texniki, bədii obrazların alınması üçün
məlumatların analizi, sintezi və işlənməsi daxil olur. Qəbul edilən
qərarlar isə original olmalı və müasir tələblərə cavab verməlidir.
Kkonstruktorun iş yerində aşağıda verilən əmək alətləri
olmalıdır:
1. Əsas avadanlıqlar (çertyoj stolu və ləvazimatlar,
hesabat
maşınları).
2. Köməkçi əşyalar (çertyoj tərtibatı, alətlər).
3. Texniki tərtibtlar (komputer, iş stolu, çertyoj və sənədlər üçün
şkaf).
4. Təmizliyi saxlamaq üçün ləvazimtlar.
5. Işıqlandırma, qızdırıcı, ventilyasiya sistemləri.
Şəkil 64-də optimal planlaşdırılmış konstruktorun iş yeri
göstərilmişdir.