21
4.2. Roman və Qotika mədəniyyəti
Xristianlığın yalnız Kilsə formasında mövcud olması, əsas atributunun məhz
Kilsə olması yeni memarlıq üslublarının – roman və qotikanın yaranmasına səbəb
oldu. Avropa feoadal pərakəndəliyi şəraitində xalqları birləşdirən yeganə vasitə
Katolik Kilsəsi oldu. O, müqayisəedilməz dərəcədə ideoloji və iqtisadi qüvvəyə
malik idi. Qərbi Avropada roman üslubu dini dünyagörüşlü feodal cəmiyyəti
şə
raitində yetişir və vüsət alırdı.
Roman incəsənətinin əsas növü olan memarlığın inkişafı Qərbi Avropada
feodal dövlətlərinin yaranması və çiçəklənməsi, təsərrüfat fəaliyyətinin
canlanması, mədəniyyət və incəsənətin yeni dirçəlişi dövründə başlamış
monumental tikintilərlə bağlı idi. Qərbi Avropanın monumental memarlığı hələ
barbar xalqlarının incəsənətində mövcud idi. Məsələn, Ravennada Teodorixin
məqbərəsi (526-530), Karoliqlər dövrünün kilsə binalarından olan Axende Böyük
Karlın saray kapellası (795-805).
Roman memarlığınını sələfi məhz orta əsr Orta Avropasının feodal qəsrləri
oldu. Qəsr tikintisi təcrübəsi sonralar monastr komplekslərinə keçdi ki, bunlar da
şə
hər-qalalar və ya əməlli-başlı qəsəbələrdən ibarət idi.
İ
Dostları ilə paylaş: