Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
Avropa-med -metodiki-vesait

Son intibah. Bu dövr XVI əsrin 40-cı illərindən başlayır. Bu tarixi mərhələdə 

İ

taliya xarici qəsbkarların hökmranlığı altına düşür. Yalnız Venetsiyada incəsənət 



sahəsində müstəqillik, sərbəstlik mövcud idi. Demək olar ki, humanist mədəniyyət, 

incəsənət  dərin  böhran  keçirirdi.  Burada  antirenessans,  antiklassik  tendensiyalar 

manyerizm cərəyanında təzahür tapdı. Lakin bütün bunlara baxmayaraq, İntibahın 

son  mərhələsinin  görkəmli  sənətkarları  yetişmişdi.  Bunlardan  biri  memarlıqda 

Ş

imali  İtaliyanın  yetişdirməsi  olan  Andrea  Palladiodur  (1508-1580).  Palladionun 



memarlığa  gətirdiyi  yeniliklər  artıq  XVII-XVIII  əsrlərdə  Avropa  klassisizminin 

palladioçuluq adını daşımasına səbəb oldu.  

Yaradıcılığı  bu  rəssama  tam  əks  olan  Son  İntibah  nümayəndəsi  Tintoretto 

(1518-1594) hesab edilir. Əsl adı Jakano Robusti olan Tintoretto incəsənətdə yeni 

cığırın nümayəndəsi idi. O, rəssamlıqda simmetriya, ciddi çəki bərabərliyinə qarşı 



 

26

olub, məkan məhdudluğunu aradan götürmüşdü. Onun “Gizli gecə” əsəri dövrünün 



ə

n gözəl rəsm əsərlərindəndir. Digər əsəri “Məbədə giriş” adlanır.  

Beləliklə, İtaliya İntibahının bütün dövrləri ilə tanışlıqdan sonra onun dünya 

mədəniyyəti,  sivilizasiyasının  aparıcı  dayaqları  olması  haqqında  qəti  nəticə 

çıxartmaq olar. İntibaj incəsənəti bütün sahələri, xüsusilə, təsviri sənət, memarlıq, 

tətbiqi sənətdə daha unikal səviyyədə inkişaf etmişdir.  

 


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin