Jan Jak Russo (1712-1778) XVIII əsr fransız maarifçilərindən biridir. O,
dövlətin mənşəyi haqqında C.Lokkun görüşlərinə əsaslanıb sübut etməyə
çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik, qardaşlıq üçün təbii
hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda əqlin
gücünə yüksək qiymət verirdi.
Deni Didro (1713-1784) fransız materialist filosoflarının ən görkəmli
nümayəndərindən biridir. O, “Fəlsəfi düşüncələr”, “Korların məktubu və gözlülərə
nəsihət” adlı əsərlərində feodal quruluşunu tənqid edirdi.
Didro materiyanın məhv olması və yaşaması ideyasını müdafiə edirdi. O,
duyğuları yüksək qiymətləndirərək göstərirdi ki, ağıl hakim, duyğular isə onun
ş
ahidləridir. Ağıl həmin şəhidlər vasitəsilə alınan məlumatları mühakimə etməlidir.
O, ağılla hissləri eyniləşdirmir, onlarıı dialektik vəhdətdə götürürdü.
28
İ
Dostları ilə paylaş: |