Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   19   20   21   22   23   24   25   26   27
Avropa-med -metodiki-vesait

 

6.2.  XIX əsr Rus mədəniyyəti 

 

Rus  mədəniyyəti  tarixində  XIX  əsr  xüsusi  yer  tutur.  Bu  əsr  rus 

mədəniyyətində  indiyədək  görünməmiş  sıçrayış  edərək,  elm,  təhsil,  incəsənət, 

maarif, fəlsəfə, ədəbiyyat sahəsində qüdrətli sənətkarlar yetirmişdir.  

XIX  əsrdəki  ictimai  həyat,  reallıqlar  bu  dövrün  ədəbiyyatında  da  əks 

etdirilirdi. Ədəbiyyatda başlıca istiqamətlər klassisizm, sentimentalizm, romantizm 

idi.  Realizm  bunların  içərisində  daha  qabarıq  təzahür  edirdi.  Sentimentalizmin 

görkəmli  nümayəndəsi  yazıçı  və  tarixçi  haqqında  yuxarıda  söhbət  açdığımız 

N.M.Karamzin idi.  



 

32

Rus  relizminin  banisi  dahi  A.S.Puşkin  (1799-1837)  hesab  edilir.  Rus 



ə

dəbiyyatının  qızıl  əsri,  məhz  onun  adı  ilə  bağlıdır.  O,  rus  ədəbiyyatında  yeni 

istiqamətin, abı-havanın müəllifidir. Rus mədəniyyəti dünya sivilizasiyasına məhz 

Puşkinin adı ilə daxil olmuşdur.  

Puşkinin sələfləri ondan sonra rus ədəbiyyatını qoruyub saxlayaraq, daha da 

zənginləşdirdilər. Belələrindən biri M.Y.Lermontov (1814-1841) idi.  

XIX  əsr  rus  ədəbiyyatının  qızıl  dövrünün  digər  əzəmətli  nümayəndələri 

İ

.S.Turgenov  (1818-1883),  İ.A.Qonçarov  (1812-1891),  M.E.Saltıkov-Şedrin 



(1826-1889),  A.N.Ostrovski  (1823-1886),  şairlər  N.A.Nekrasov    (1821-1878), 

F.İ.Tyutçev (1803-1873), A.A.Fet (1820-1892) və b.hesab edilir. A.N.Ostrovski öz 

ə

sərlərində  Qoqolun  “natural  məktəbi”ni  davam  etdirir.  Onun  “Gəlirli  yer”, 



“Tufan”,  “Canavar  və  qoyunlar”,  “Cehizsiz  qız”  və  s.  povestlərində  ticarət 

aləminin  incəlikləri  tədqiq  olunur.  Ostrovski  dramaturgiyası  rus  realist  teatrının 

təşəkkülündə əhəmiyyətli rol oynamışdır.  

Rus ədəbiyyatının qızıl dövrünü yekunlaşdıraraq digər iki nəhəng L.N.Tolstoy 

(1828-1910)  və  F.M.Dostoyevski  (1821-1881)  mədəniyyətin  əlçatmaz  zirvəsini 

təşkil etdi.  

XIX  əsrin  ilk  onilliyi  rus  memarlığında klassisizmin  yekunlaşması  və  ampir 

(frans.empire – imperiya, dövlətin qüdrətini təzahür etdirən) üslubunun tətbiqi ilə 

səciyyələnir.  

Dövrün  memarlığının  xarakterik  xüsusiyyəti,  iri  memarlıq  ansambllarının 

yaradılması idi.  

 

İ




Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin