Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
Avropa-med -metodiki-vesait

 

5.2. Barokko mədəniyyəti 

 

XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. İtaliya, 

İ

spaniya,  Flandriya,  Hollandiya,  Fransa  kimi  ölkələrin  hər  birinin  özünəməxsus 



bədii  ənəənələrə  və  milli  bədii  məktəblərə  malik  olması  XVII  əsri  mədəniyyət 

tarixində  yeni  mərhələ  kimi  nəzərdən  keçirməyə  imkan  verir.  Bu  ölkələrin  milli 

xüsusiyyətləri  onların  ümumi  cəhətlərə  malik  olmasını  istisna  etmir.  Riyaziyyat, 

astronomiya,  fizika  və  digər  təbiət  elmlərinə  artan  maraq  elm  və  fəlsəfəni  yeni 

istiqamətə  yönəltdi.  Avropanın  mütərəqqi  fikirli  filosof  və  alimləri  “elm  elm 

üçündür”  devizini  deyil,  təbiəti  insana  tabe  etmək  məqsədini  güdürdülər. 

İ

ngiltərədə  F.Bekon,  Fransada  R.Dekart,  Hollandiyada  Spinoza  bir-birindən 



fərqlənsələr də onları məhz bu məqsəd birləşdirirdi.  

Beləliklə, XVII əsrdə Avropada incəsənətin bütün növlərini – bədii ədəbiyyat, 

musiqi,  teatr,  memarlıq  və  təsviri  sənəti  əhatə  edən  2  yeni  üslub  –  barokko  və 

klassisizm bərqərar oldu.  

Şə

rti olaraq Cordano Brunonun (1600) qətl ili İntibahın yekunu hesab edilir. 



Mədəni-tarixi baxımdan olduqca coşqun və maraqlı olan məhz XVII əsrdə İntibah 

barokko  ilə  əvəz  olunur.  Həyatın  mahiyyətini  hərəkətdə  verən  barokko,  termin 

kimi yalnız XIX əsrin sonunda İsveçrə sənət nəzəriyyəçisi U.Burqxardt və Völflin 

tərəfindən ədəbiyyata gətirilib. Barokko italyan dilində “qəribə, əcayib”, portuqal 

dilində “əyri mirvari” deməkdir. Əslində isə heç kimi bu sözün nə mənşəyini, nə də 

ilkin mənasını bilmir. Lakin barokkonun XVII əsr incəsənəti tarixində müstəsna rol 



 

27

oynaması  hamıya  məlumdur.  Barokko  İntibah  böhranından  sonra  manyerizmin 



ardınca yaranaraq rokoko üslubunun sələfi olur.  

Barokko  dünyaya  klassik  əsərlər  yaradan  yazıçılar,  rəssamlar,  memarlar, 

musiqiçilər bəxş etdi.  

XVIII əsrin sonunda artıq “mədəniyyət” anlayışı bütün Avropa dillərində və 

elmi ədəbiyyatda vətəndaşlıq hüququ qazandı.  


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin