7. Mədəniyyət və sivilizasiya
Mədəniyyətlə bağlı olan anlayışlardan biri də “sivilizasiya”dır. Bu termin
latın dilindəki “sivilis” sözündən götürülərək “vətəndaş”, “mülk”, “dövlət”
mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt “inkişaf”, “tərəqqi”
mənalarında işlədirik. Əlbəttə, “sivilizasiya” anlayışı özünün ilkin mənasında məhz
bu məzmunu, yəni “tərəqqi”ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, “tərəqqi”
yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və
sivilizasiya anlayışları bir-biri ilə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar
haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə,
sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya ilk
növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə
görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını
nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda, süqutun
başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək
süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu mərhələlərin
özünəxas ən yüksək inkişafı, xüsusilə, təsərrüfatın tərəqqisi idi. Tarixi inkişaf
prosesinə uyğun olaraq sivilizasiyaların da formaları mövcuddur: quldarlıq,
feodalizm, kapitalizm və s.
Mədəniyyət və sivilizasiya anlayışlarını müxtəlif aspektlərdən tədqiq
edənlərin hamısını bir nöqteyi-nəzər birləşdirir ki, bu da bir neçə məqam ilə izah
edilir. Bunlar ilk növbədə aşağıdakılardır: birincisi “mədəniyyət” anlayışı
“sivilizasiya” anlayışına nisbətən daha genişdir.
Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və
mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal –
maddi və mənəvi istehsalın mövcudluğuna uyğundur. Maddi mədəniyyət insanın
maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək vasitələri,
yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
35
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları
aid edilir. Buraya şüurun bütün sahələri – elm, mənəviyyat, tərbiyə və maarif,
hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s.aiddir.
İ
Dostları ilə paylaş: |