Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
Avropa-med -metodiki-vesait

3. Antik dövr mədəniyyəti 

 

3.1. Qədim Yunanıstan mədəniyyəti. Krit-Miken dövrü 

Mədəniyyət  tarixində  hər  bir  dövr  özünə görə  qiymətli  və təkrarolunmazdır. 

Tədqiqatçlar bu faktı təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət 

verirlər.  Antik  yunan  mədəniyyətinə  müasir  ədəbiyyat  janrları  və  fəlsəfə  sistemi, 

sütunlu  arxitektura  və  heykəltəraşlıq,  astronomiyanın  əsasları,  riyaziyyat  və 

təbiətşünaslıq  daxildir.  Qədim  yunan  mədəniyyətinin  ən  başlıca  nailiyyəti  isə 

insanın kəşfidir. Allahıın yaratdığı insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır. 

Avropa  tarixinə  və  mədəniyyətinə  güclü  təsir  göstərən  antik  mədəniyyət,  müasir 

dövrün tarixçilərinə “Yunan möcüzəsi”ndən danışmağa imkan yaradır.  

B.e.ə.  I  minillikdə  qədim  şərq  sivilizasiyası  sönməyə  başlayır  və  öz  yerini 

Aralıq  dənizində  yerləşən  regionların  mədəniyyət  ocağına    verir.  B.e.ə.VI  əsrdən 

başlayaraq  bu  bölgənin  mədəniyyət  mərkəzi  Yunanıstan  olur.  Yunan 

mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.  

Yunanları kosmosdan gələn ağıllı, ilhamlı, məqsədyönlü və hər bir qarışıqlığa 

qarşı duran kimi qiymətləndirirdilər. Artıq dünyaya, təbiətə və kainata baxış estetik 

kateqoriyaların  yaranmasına  səbəb  olur.  Bu  ,Qədim  Yunan  mədəniyyətinin 

tərkibinə  daxil  olub  incəsənətdə  xüsusi  inkişaf  –  gözəllik,  ölçü  və  harmoniyanı 

yaradır.  

Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır.  

1. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu 

özünü  zəngin  arxitekturaya  malik  olan  Krit,  Miken  və  Tirinf  iqamətgahlarında 

göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi.  

2. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan 

kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi.  

3. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Doru tayfalarının incəsənəti və 

özləri ilə gətirdikləri həndəsi üslub da Yunan mədəniyyətinə təsir göstərir.  

Öz  inkişaf  tarixində  Qədim  Yunan  mədəniyyəti  bir  neçə  mərhələdən  keçib. 

Bunlardan birincisi Krit-Miken mədəniyyətidir.  




 

15

Yunan  ərazisindəki  qədim  sivilizasiya  tədqiqatçılar  tərəfindən  Krit-Miken 



mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki 

Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül mərhələlərini yaşayan 

bu mədəniyyət təxminən b.e.ə.2000-ci ildən 1200-cü ilə qədər yaşamışdır.  


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin