3.2. Homer və arxaik dövr mədəniyyəti
Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və
ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni b.e.ə. XI-IX
ə
srlərin Qədim Yunan mədəniyyətində “qaranlıq əsrlər” kimi qəbul edilməsi
məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer
Qədim Yunan mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur “İliada” və
“Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər
poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə.IX əsr)
hadisələrini təsvir edir. Homer “İlliada” poemasında qədim Troyanı “Müqəddəs
şə
hər” kimi qiymətləndirir.
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin
spesifik, səciyyəvi, təkrarolunmaz xüsusiyyətləri təzahür tapmağa başlayır ki,
bunlardan ilk növbədə, bütün yunan mədəniyyətinə aid olan kosmoloji
xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini bütün mədəni hadisələrin dünya
qanununa uyğun nizamlanması məsələsi təşkil edir.
B.e.ə. VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi
qiymətləndirilərək Yunanıstanda müstəqil polislərin təşəkkül tapdığı çağdır.
Ə
halinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox hissəsini
ticarətin , ərazi ekspansiyasının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə
“böyük kolonizasiya” kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.
Dostları ilə paylaş: |