Microsoft Word Azf-285346. doc



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
Azf-285346

Tərbiyənin prinsipləriMəktəbdə tərbiyə prosesinin optimal 

quruluşunu, tərbiyə  işlərinin məzmununu, səmərəli üsul və 

vasitələrini müəyyənləşdirməkdə  tərbiyənin prinsipləri həlledici rol 

oynayır. Doğrudur, tərbiyənin prinsipləri, bu prinsiplərin miqdarı, 

təsnifatı necə adlandırılması sahəsində  də pedaqoqlar arasında tam 

fikir birliyi yoxdur. 

Tərbiyə prinsipləri  tərbiyənin müvafiq qanunauyğunluqlarından 

irəli gələn, davranışla  əlaqədar milli və ümumbəşəri dəyərlərin 

formalaşmasına güclü təsir göstərən aparıcı ideyadır.  

Tərbiyə prinsiplərinin  təsir gücünə malik olması da onun başlıca 

əlamətlərindən biridir. Tərbiyə prinsipi davranışla  əlaqədar olan mənəvi 



 

11

dəyərlərin formalaşdırılmasında nəzərə alınır. 



Prinsip, hər hansı bir işi görməzdən  əvvəl rəhbər tutulan 

ideya, nəzərə alınan tələb kimi başa düşülür. Tərbiyə prinsipləri 

haqqında nəzəri fikirlərin qeyri-müəyyənliyi, subyektivliyi, elmdən 

uzaq düşməsi isə  tərbiyə ilə  əməli  şəkildə  məşğul olan şəxslərin 

fəaliyyətini çətinləşdirir. Prinsiplərin miqdarını  və adlarını  tərbiyə 

prosesinin qanunauyğunluqları  əsasında dəqiqləşdirmək mümkün 

olmuşdur. Tərbiyə prinsipləri  sistematık olaraq statusa malikdirlər

yəni nisbi müstəqildirlər, köməkçi prinsiplər funksiyasını yerinə 

yetirirlər. Tərbiyə prinsipləri tərbiyə prosesinin məzmunu, metodları 

və təşkilinə verilən əsas tələbləri ifadə edən başlanğıc müddəalardır. 

Bu müddəalar tərbiyə prosesinin spesifikliyini əks etdirir.  

Pedaqoji prosesin qanunauyğunluqlarından irəli gələn, onun 

məzmununa, üsullarına və təşkili formalarına təsir göstərən, müəllim 

(tərbiyəçi) və şagirdlərin (tələbələrin) fəaliyyətini səmərəli qurmağa 

imkan verən aparıcı ideyalara pedaqoji prosesin prinsipləri deyilir. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin