Microsoft Word Azf-285346. doc


Magistrant bunları praktik həyatda  istifadə etməyi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   11   12   13   14   15   16   17   18   ...   76
Azf-285346

Magistrant bunları praktik həyatda  istifadə etməyi 

bilməli və həyata keçirməyi bacarmalıdır: 

1. Təlimdən fərqli olaraq tərbiyə işi uzun sürən bir prosesdir. 




 

12

Tərbiyə olunan müxtəlif tərbiyəvi təsirlər nəticəsində böyüyür və 



inkişaf edir. Bunların içərisində əsas təhsil ocağı olan məktəbin bö-

yük rolu vardır. Məktəb həyatı insanın həyatında mühüm rol oynayır. 

Məktəb dövrü insanın  şüurunda dərin iz buraxır, onun dünyagö-

rüşünü, həyata baxışını,  əqidə  və adətləri bu dövrdə  təşəkkül tapır. 

Lakin tərbiyə  uşağın məktəbə daxil olmasından çox əvvəl ailədən, 

hətta ana bətnindən başlayır və bütün həyatı boyu davam edir. Təlim 

prosesi isə insanın müəyyən yaş dövrünü, həyatının müəyyən bir 

hissəsini əhatə edir. 

2. Tərbiyə prosesinin səciyyəvi cəhətlərindən biri tərbiyə işi-

nin nəticəsinin gec görünməsi və ya bəzən heç bəlli olmamasıdır. 

Bəzən uzun müddət tərbiyə  işi aparılır, lakin nəticəsi heç hiss 

olunmur. Sonralar bir neçə illərdən sonra özünü bu və ya digər 

formada göstərir. 

3. Tərbiyə prosesinin bir səciyyəvi xüsusiyyəti də onun özü-

nütərbiyə və yenidəntərbiyə prosesi ilə sıx bağlılığıdır. Uşaq tərbiyə 

prosesində passiv obyekt deyildir. O fəal bir subyektdir. O müvafiq 

tərbiyəvi təsirlərə  məruz qalaraq, bu və ya başqa keyfiyyətlərə 

yiyələnmək üçün səy göstərir. Tərbiyənin müvəffəqiyyəti xüsusən 

şagirdlərin özünün arzu və səyindən çox asılıdır. Özünütərbiyə yaxşı 

tərbiyənin nəticəsi olaraq öz davranışını təhlil edərək ona düzəlişlər 

edir, onu təkmilləşdirir, yaxşılaşdırır, pis keyfiyyətləri aradan planlı 

məqsədyönlü  şəkildə aradan qaldırır, yeni müsbət keyfiyyətlərə 

yiyələnir. Özünütərbiyə adətən yeniyetməlik dövründən başlayır və 

gənclik illərində daha da inkişaf edir.  

Tərbiyə prosesi uşaqlara təkcə yeni, müsbət keyfiyyətləri 

tərbiyə etməkdən ibarət deyildir; uşaqlarda  əmələ  gəlmiş  mənfi 

sifətləri və  zərərli adətləri aradan qaldırmaq da, yəni uşağı yenidən 

tərbiyə etmək də  tərbiyə  işinin xüsusiyyətidir. Vaxtında uşağın 

tərbiyəsi ilə məşğul olmadıqda, o yenidəntərbiyəyə möhtacdır ki, bu 



 

13

da uzunmüddətli, çətin və mürəkkəb bir prosesdir.  



4. Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətlərindən biri də 

ondadır ki, o uşaqların bütün həyat və  fəaliyyətinin düzgün təşkil 

edilməsini tələb edir. Əgər  şagirdin bütün həyat və  fəaliyyət tərzi 

düzgün qurulmamışdırsa ona edilən bilavasitə tərbiyəvi təsirlərlə çox 

şey əldə etmək olmaz.  

5. Tərbiyə daha çox insanın əxlaqını, mənəviyyatını formalaş-

dırır, onun daxili aləminə, qəlbinə təsir göstərir. Təlim isə daha çox 

insana bilik verir və dünyagörüşünü formalaşdırır. 

6. Tərbiyə prosesinin səciyyəvi cəhətlərindən biri də budur ki, 

ətraf aləm, küçə, bazar, kollektiv, müxtəlif insanlar, həmyaşıdlar uşa-

ğın tərbiyəsinə daha qüvvətli təsir göstərir, nəinki, ətraf aləm onlara 

bilik verir. 

7. Tərbiyə  şagirdlərin həyata münasibətlərinin formalaşması 

qanunlarından bəhs edir;  təlim isə  şagirdləri bilik, bacarıq və 

vərdişlərlə silahlandırıb, onları intellektual inkişaf istiqamətinə 

yönəldir. 

8. Tərbiyədə  tərbiyələndirmək fəaliyyəti, tərbiyələnmə 

fəaliyyəti, tərbiyə  fəaliyyəti (birgə  fəaliyyət), təlimdə isə öyrənmə 

fəaliyyəti, öyrətmə  fəaliyyəti, birgə  fəaliyyət (təlim fəaliyyəti) 

mühüm rol oynayır. 

9. Təlim şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırırsa, 

tərbiyə  uşaqların  şüurunda davranış qaydalarına riayət etməyin 

zəruriliyini formalaşdırır.  Şagird bu normalara uyğun fəaliyyətini 

qurur.  Əqidə anlayışı  təhsildə bilik, rəftar, bacarıq, adət isə  vərdiş 

anlayışına uyğun olaraq işlədilir. 

10. Təlimdə bilik, bacarıq həyatı  dərk etməyə istiqamət-

lənirsə, tərbiyədə əqidə, rəftar, adət həyata münasibəti formalaşdırır. 

11. Tədris prosesi şagirdin məktəbə daxil olduğu vaxtdan 

başlayır və müəllimin rəhbərliyi altında həyata keçirilir. Lakin 



 

14

tərbiyə mühitin, yoldaşların, dostların uşağa göstərdiyi təsirdən əvvəl 



özünü göstərir. Hər bir şagird müəllimin təsirinə  məruz qalmazdan 

əvvəl müəyyən tərbiyə  tərcümeyi-halı qazanır. Bilik müəllimlə 

şagirdin ünsiyyəti qurulandan sonra əldə edilir. 

12. Təlimdə müəllim öyrətdiklərinin nəticəsini tez əldə edə 

bilir. Belə ki, şagirdlərin necə mənimsədiklərini ya dərsin gedişində 

və ya da növbəti dərsdə üzə  çıxara bilir. Lakin tərbiyəvi təsirin bu 

imkanı yoxdur. Onu yoxlamaq çətindir. 

13. Təlimlə  tərbiyə  əməli iş zamanı daxili əlaqədə, dialektik 

vəhdətdə olurlar. Onlar əməli işdə  vəhdətdə  həyata keçirilmələrinə 

baxmayaraq hər birinin spesifik fərqli  əlamətləri və xüsusiyyətləri 

vardır. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin